Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Atanın gənclikdə siqaret çəkməsi övladın tez qocalmasına səbəb olur – Yeni tədqiqat

Norveçdə aparılan yeni bir elmi araşdırma gözlənilməz nəticə ilə yadda qalıb: atalarının yeniyetmə dövründə siqaret çəkməyə başlaması, övladlarının bioloji baxımdan daha tez qocalmasına səbəb olur.

Baki-baku.az xəbər verir ki, Bergen Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda təxminən 900 nəfər iştirak edib. Nəticələr göstərib ki, ataları 15 yaş və ya daha gənc yaşlarında siqaret çəkməyə başlayan şəxslərin bioloji yaşları real yaşlarından orta hesabla 9-15 ay irəlidədir. Bu isə onların gələcəkdə xərçəng, artrit və demensiya kimi yaşla bağlı xəstəliklərə daha çox meylli olduqlarını göstərir.

Bu nəticəyə “epigenetik saat” adlanan, DNT-dəki dəyişiklikləri ölçən metodla gəlinib. Alimlərin fikrincə, yeniyetmə yaşda siqaret çəkmək, hələ inkişafda olan spermatozoidlərə zərər vurur və bu zərər genetik olaraq növbəti nəsillərə ötürülür.

Ən maraqlısı isə odur ki, araşdırmada ananın hamiləlikdən əvvəl siqaret çəkməsinin belə bir təsirə səbəb olmadığı müəyyən edilib.

Tədqiqatçılar xəbərdarlıq edir: yeniyetmələrin siqaret və ya veyp istifadəsi yalnız onların öz sağlamlıqlarına deyil, gələcək övladlarının da həyatına mənfi təsir göstərə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Ən son

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin