Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vida mərasiminə əklil göndəriblər.
Baki-baku.az xəbər verir ki, mərhumla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilir.
Mərasimdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər.