Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

TARİXİMİZ

Bakı tarixinin unudulmuş səhifəsi: SSRİ-nin ilk hərbi-dəniz məktəbi

Hərbi-dəniz məktəbi

Tarix həmişə dərsliklərdə qorunmur – bəzən o, köhnə fotolarda, xatirələrdə və bu gün yanından ötüb keçdiyimiz, lakin sirlərini açmayan unudulmuş binalarda yaşayır. Böyük Vətən müharibəsi illərində Bakı təkcə SSRİ-nin neft mərkəzi deyil, həm də unikal hərbi-dəniz məktəbinin beşiyi oldu. Burada məktəbli oğlanlar gələcəyin donanma zabitlərinə çevrilirdi. Bu fakt uzun illər kölgədə qaldı, halbuki həmin məktəbin o ölkənin hərbi-dəniz qüvvələri tarixindəki əhəmiyyətini layiqincə qiymətləndirməmək olmaz.

Baki-baku.az xəbər verir ki, məhz 1943-cü ilin iyununda, müharibənin ən ağır dövrlərində Bakıda müxtəlif bölgələrdən toplanmış yeniyetmələri gələcəyin donanma zabitlərinə çevirən məktəb açıldı.

Bakının Hərbi-Dəniz Hazırlıq Məktəbinin (BVMHM) yaranmasından xeyli əvvəl, 1940-cı ildə, №7 hərbi-dəniz xüsusi məktəbi fəaliyyətə başlamışdı. Onun yetirmələri fərqləndirici nişanları olmayan dənizçi forması geyinir, formanın üzərində lent əvəzinə kiçik bantlar gəzdirdikləri üçün şəhər sakinləri onlara “kis-kis” ləqəbi vermişdi. Məktəbdə yalnız bir buraxılış oldu, lakin məhz həmin məktəb, xalq komissarı N.Q. Kuznetsovun əmri ilə yaradılan gələcək hərbi məktəbin təməlini qoydu.

Bəs niyə məhz Bakı? Səbəblərdən biri o idi ki, döyüşlər gedən cəbhələrdən uzaqda idi, suyu heç vaxt donmayan sahili var idi və ən əsası – məktəbin himayədarı rolunu oynayan Xəzər Hərbi Flotiliyasına (donanma) sahib idi. Burada kursantların tərkibi çoxmillətli idi: bakılılar, Odessa, Kiyev, Qorki şəhərlərindən gələnlər. Onlar həm orta təhsil alır, həm də hərbi işin əsaslarını öyrənirdilər: gəmilərdə təcrübə keçir, üzgüçülüyü öyrənir və hətta SSRİ-də “kosmopolitizmə qarşı mübarizə” dövrü başlayana qədər Qərb rəqslərini də məşq edirdilər.

O dövrü xatırlayan məzunlar sərt imtahanlardan, ağappaq yataqlı dəmir çarpayılardan, çiynində tüfənglə qarovul xidmətindən və dənizçi formasına olan xüsusi məhəbbətdən danışırlar. Kursantlar həqiqi dəniz canavarı kimi görünmək üçün formalarını böyük ustalıqla bəzəyib, demək olar ki, yenidən tikirdilər: yaxalıqlarını ağardır, baş geyimlərini yastılaşdırır, çiyinləri zabit formasının ölçüsünə qədər genişləndirirdilər.

Bakıda mövcud olmuş məktəbdə qısa müddətdə minlərlə kursant buraxılışı oldu. Onların sırasında yazıçı Arkadi Qaydarın oğlu Timur, gələcək admiral və professorlar, şairlər və Sovet İttifaqı qəhrəmanları var idi. 1947-ci ildə məktəb Kalininqrada köçürüldü və orada yeni tədris mərkəzinin əsasını təşkil etdi. Buna baxmayaraq, Bakıdakı dənizçi məktəbindən keçənlər üçün Azərbaycan həmişə gəncliyin, həyatda möhkəmlənmənin və gələcəyə inamın simvolu olaraq qaldı.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Akademiyanın diplomu 170-dən çox ölkə tərəfindən tanınır, bir sıra nüfuzlu beynəlxalq təşkilatkların üzvüdür və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

Bakının Hərbi-Dəniz Hazırlıq Məktəbi Xəzər sahilində cəmi bir neçə il mövcud oldu, lakin on illiklərə iz qoydu. Yüzlərlə yeniyetmə üçün dənizə, xidmətə, elmə və yaradıcılığa doğru gedən böyük bir başlanğıcı oldu. Məktəbin məzunlarından kimisi admiral rütbəsinə yüksəldi, kimisi alim və ya yazıçı oldu, lakin hər biri ürəyində Bakının obrazını gəncliyin intizamla möhkəmləndiyi, dəniz arzularının isə taleyə çevrildiyi şəhər olaraq qoruyub saxladı. Bu gün Bakı Hərbi-Dəniz Hazırlıq Məktəbinin xatirəsi sadəcə bir hərbi tarix səhifəsi deyil, həm də canlı əfsanədir. O, xatırladır ki, müharibənin sərt illərində belə gələcəyə baxışın, inamın və romantikanın öz yeri var idi.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Ən son

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin