Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Ən zəif immunitetə sahib qan qrupu

Məlum olub ki, ən güclü immun potensiala məhz dördüncü qan qrupu daşıyıcıları malikdir. Beynəlxalq alimlər komandası orqanizmi infeksiyalardan ən yaxşı qoruyan qan qrupunu müəyyənləşdirmək üçün bir sıra tədqiqatlar aparıb. Nəticələr göstərib ki, dördüncü qan qrupu sahiblərində immun potensial ən yüksək səviyyədədir.

Baki-baku.az bu qan qrupunu təqdim edir:

Məhz bu qrupun daşıyıcılarında halların 92 %-də interferonların aktiv istehsalı qeydə alınıb.

Interferonlar viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizədə əsas rol oynayan zülallardır. Bu göstərici maksimum sayılır və orqanizmin xarici təhdidlərə effektiv reaksiya vermə qabiliyyətindən xəbər verir. İkinci yerdə üçüncü qan qrupu sahibləri qərarlaşıb: onların immun sistemi interferon istehsalını təxminən 91% hallarda işə salır ki, bu da çox yüksək qorunma səviyyəsi hesab olunur. Birinci qan qrupunda isə bu göstərici 80% ətrafındadır, lakin bu da infeksiyalara qarşı kifayət qədər yaxşı dayanıqlılıq deməkdir. Ən zəif nəticə isə ikinci qan qrupunun daşıyıcılarında qeydə alınıb: onların orqanizmi interferonları cəmi 40% hallarda istehsal edir. Bu isə immun sisteminin daha zəif işləməsi və xüsusilə mövsümi virus xəstəlikləri zamanı əlavə diqqət tələb etməsi deməkdir. Alimlər vurğulayır ki, qan qrupu yalnız immun cavabın gücünə deyil, həm də müəyyən xəstəliklərə meyilliyə təsir göstərir.

Məsələn:

Birinci qan qrupu sahiblərində ürək-damar sistemi daha dayanıqlı olur, lakin mədə xorası riski yüksəkdir.

İkinci qan qrupu daşıyıcıları daha çox autoimmun pozğunluqlardan və bəzi xərçəng növlərindən əziyyət çəkirlər.

Üçüncü qan qrupu insanlarda sidik-cinsiyyət sistemi infeksiyalarına meyllilik müşahidə olunur.

Dördüncü qan qrupu ən nadir hesab olunur, qan laxtalanma pozğunluqları riskini artırsa da, ən güclü antivirus müdafiəsini təmin edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Ən son

GÜNDƏM

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.

GÜNDƏM

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin