Payız gələndə bir çox bağ sahibləri ənənəvi olaraq tökülmüş yarpaqları və qurumuş otları yandırırlar. Bu isə həm təhlükəli, həm də təbiət üçün zərərli ola bilər.
Baki-baku.az xəbər verir ki, tökülmüş yarpaqlar və quru otlar bitkilərin köklərini şaxtadan qoruyur. Alovun tüstüsündə isə toz, dəm qazı, kanserogen maddələr, hətta zərərvericilərə qarşı ağaclara vurulan kimyəvi preparatların izləri ola bilər.
Bundan başqa, yarpaqları yandırmaqla insanlar torpağı təbii gübrədən məhrum edirlər, çünki qış ayları ərzində yarpaqlar çürüyərək baharda torpağa lazım olan qida maddələrinə çevrilir.
Əgər hər halda bağ sahəsində yarpaqları yandırmaq qərara alınarsa, bunu düzgün şəkildə etmək lazımdır – ora başqa tullantıların, xüsusilə plastiklərin düşməməsinə diqqət etmək vacibdir, çünki plastik yandıqda havaya karbohidrogenlər yayılır və onların az müddətli inhalasiyası belə tənəffüs yollarında xəstəliklər yarada bilər.