Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

Kitab oxumaq istəyirəm, amma bilmirəm hardan başlayım…

Kitab oxumaq, Kitab, Kitabxana

Dürüst olaq: hər birimiz “daha çox kitab oxumalıyam” deyə-deyə illərlə keçirdiyimiz günləri xatırlayırıq. Bəzən sosial şəbəkədə oxuduğumuz bir sitatla, bəzən də əlimizə düşən motivasiya videoları ilə kitab almağa həvəslənirik. Amma alınan kitabın üstündə toz yığılanda anlayırıq: iş təkcə almaqla deyil, oxumaqla bitir.

Bəs kitab oxuma vərdişini necə formalaşdıraq? Haradan başlayaq? Niyə bu qədər çətin gəlir?

Niyə oxuya bilmirik? – Əsas səbəblər

Böyük hədəflərlə başlamaq

İnsan bir anda “hər gün 50 səhifə oxuyacam” deyir, amma həyatın ritmi içində bu mümkün olmur. Sonra da özünü günahkar hiss edir, kitabdan uzaqlaşır.

Doğru kitab seçməmək

Əgər ilk kitabın ağır fəlsəfi mətnlər, ya da quru akademik dilidirsə, oxumaq əzaba çevrilir. Sonda kitab oxumaq sənə bir əyləncə yox, vəzifə kimi gəlir.

Telefon asılılığı

Açığı deyək: “TikTok”, “YouTube”, “Instagram” beynimizi ani dopaminlə doldurur. Kitab isə səbr istəyir. Bu keçid çətin gəlir.

Motivasiya yerinə, günahkarlıq

“Hamı oxuyur, mən niyə oxuya bilmirəm?” kimi fikirlər səni ruhlandırmır, əksinə daha da uzaqlaşdırır.

Oxumaq nə üçün vacibdir? – Konkret nəticələr

Düşünmə tərzin dəyişir. Kitab oxumaq yalnız məlumat vermir, həm də fikirləri sistemləşdirməyi öyrədir.

Söz ehtiyatın artır. Bu həm danışığında, həm də yazılarında səni daha ifadəli edir.

Empati qurursan. Romanlar, hekayələr başqa insanların həyatına baxış verir – sən öz dərdindən çıxıb başqasını anlamağa başlayırsan.

Stress azalır. Bəzi tədqiqatlara görə, 6 dəqiqəlik kitab oxuma belə stress səviyyəsini ciddi şəkildə azaldır.

Bəs Nə Etməliyik? – Sadə, Amma Effektiv Çıxış Yolları

  1. Balacadan başla

Hər gün 5 səhifə. Səhv oxumadın – cəmi 5! Əsas olan vərdişdir, həcm yox.

  1. Maraqlı kitab seç

Özünü məcbur etmə. Ədəbiyyat klassikası oxumaq şərt deyil. Əgər sənin marağın detektivdirsə, elə ondan başla. Əsas odur ki, səni çəkən olsun.

  1. Audiokitabları unutma

Yolda, ev işi görərkən qulaq asa biləcəyin yüzlərlə kitab var. Əsas məqsəd mətnlə təmas qurmaqdır – hansı formatda olursa-olsun.

  1. Telefonu uzaqlaşdır

Oxuma saatında telefonu başqa otağa qoy. Bir az sərt səslənə bilər, amma mütləq işə yarayır.

  1. Oxuduqlarını paylaş

Dostlarla kitab haqqında danış, sosial şəbəkədə fikirlərini yaz. Bu, həm motivasiyanı artırır, həm də yaddaşı gücləndirir.

  1. Oxuya bilmədiyin zamanlar üçün özünü günahlandırma

Hər gün oxumadın deyə özünə yük yükləmə. Həyatdı, fasilələr olacaq. Əsas odur ki, tamamilə dayanmayasan.

Vaxt heç vaxt gəlmir…

Kitab oxumaq bir yarış deyil, bir prosesdir. Kimi bir aya bir kitab bitirir, kimi üç aya. Vacib olan: oxumağa yer ayırmaq, və bu işi həyatının bir parçası halına gətirməkdir.

Başlamaq üçün mükəmməl vaxtı gözləmə – çünki o vaxt heç gəlmir. Bir fincan çay, bir maraqlı səhifə və bir neçə dəqiqəlik sakitliklə bu gün başlaya bilərsən.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Самый длинный, самый глубокий и, по сути, самый трудный шаг, который делает человек в жизни, — это шаг