Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/24/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Zeytun yağı: Bakı təbiblərinin təcrübəsi

IMG-20250824-WA0001

Müxtəlif dövrlərdə insanlar inanırdılar ki, təbiət özü insana dərmanların adını pıçıldayır. Azərbaycanın zəngin təbiəti onlarla şəfalı bitkinin becərilməsinə imkan yaradır və onlar haqqında biliklər nəsildən-nəsilə böyük diqqətlə ötürülürüb.

Baki-baku.az portalının məlumatına görə, dərman bitkilərinin toplanması mürəkkəb və çoxmərhələli proses hesab olunurdu, bura bitkilərin yığılma və qurudulmadan başlayaraq nadir növlərin qorunub saxlanılması da daxil idi.

Bu hekayədə xüsusi yeri Avropa zeytunu (Oleа europaea) tuturdu. O, Abşeronda becərilirdi, sovet dövründə hətta onun üçün ayrıca sovxoz yaradılmışdı. Bakı parklarında isə zeytun ağacı həmişəyaşıl bəzək bitkisi kimi şəhərin gözəlliyini artırırdı. Onu yalnız görünüşünə görə deyil, şəfa gücünə görə də qiymətləndirirdilər.

Zeytun yağı xalq təbabətində bağırsaq, mədə xəstəlikləri və öd daşı xəstəliyi zamanı istifadə olunurdu. Zeytun yarpaqlarının dəmləməsi yüksək qan təzyiqi, infeksiyalar və qızdırma hallarında köməkçi vasitə sayılırdı. Yaşıl yarpaqlardan hazırlanmış kompreslər dəri səpgilərinə qoyulurdu.

Zeytun meyvəsi xroniki yorğunluğa qarşı effektiv sayılır, qan dövranını yaxşılaşdırır, insana güc və həyat enerjisi qaytarır.

Beləliklə, zeytun Azərbaycan xalq təbabəti üçün sadəcə bir ağac deyil, sağlamlığın, uzunömürlülüyün və təbiətin sakit gücünün rəmzinə çevrilib.

Hacı Cavadov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.