Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/06/2026

Paylaşın

GÜNDƏM

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

Mərkəzi Nəbatat bağı

Son illər dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parkları ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

Bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil edilən kütləvi tədbir və ekskursiyalar parkı insanlar üçün daha cəlbedici edir.

Baki-baku.az xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağının təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda sərgi-müsabiqə keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsert proqramı təqdim edilib.

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiyanın 25 tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Akademiyanın tələbəsi Aygün Xanalıyeva sərgi-müsabiqənin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və Nərmin Nadirova üçüncü yerə layiq görülüblər.

Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara həvəsləndirici hədiyyələr təqdim edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yaşıl çay əsrlərdir həm Şərq təbabətində, həm də müasir dietologiyada sağlamlıq üçün ən faydalı içkilərdən biri kimi tanınır.

Ən son

GÜNDƏM

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

GÜNDƏM

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin