Dünya fatehi Əmir Teymur İsfahana varan zaman Şirvan Şahlığında olduğu kimi, qan qardaşlarına qılınc sıyırmaq istəmədi. O, Əhli-Beytə bağlı idi. Şirvan Haşimilərə və Qüreyşilərə, Peyğəmbər əleyhissəlama bağlı olduğu kimi. İsfahan, Məşhəd, Qum da onun üçün əziz idi. Bu şəhərlərə Əhli-Beytin iki nümayəndəsinin – İmam Rzanın və onun bacısı Məsumə xanımın ayağı dəymişdi. Onun biri Qumda, digəri Məşhəddə dəfn edilmişdi. Amma hər ikisi öncə İsfahanda himayə tapmışdı. Bu səbəbdəndə o, isfahanlılara xəbər yollamışdı. Onların biət edəcəyi təqdirdə canlarına qıyılmayacağını söyləmişdi. Vədə xilaf çıxan İsfahanlılar onun barış təklifinə rəğmən ordusunun bir qismini İsfahanda qoyub digər bölgələrə yürüşə çıxan dünya fatehinin uzaqlaşdığına əmin olduqdan sonra Teymurlu əsgərlərinə qılınc sıyırdılar. Xəbəri alar-almaz geri dönən Əmir Teymur İsfahanın qala divarlarından içəriyə qədəm qoyan kimi tarixi əmrini verdi: “Hər kim ki, şəhər meydanına iki kəllə gətirib adını yazdırmasa, onun kəlləsini alaram. Fatehin əmri arxasında dayanan iradənin gücünə bələd olan əsgərlərin hər biri Qəzəbdən xilas üçün iki kəllə ilə dönür. Bu minvalla hər biri 2 min kəllədən ibarət 28 qüllə əmələ gəlir. Qəzəbi soyumayan Əmir Teymur gətirilən kəllələrin bir qismini İsfahanın qala divarlarına hördürür. Ona biət etməyən, andını pozan, xəyanət edən isfahanlıları belə cəzalandırır.
Tarixi faktlar onu da sübut edir ki, Əmir Teymurun bu qəzəbinə digər bir səbəb də vardı: Ona xəbər çatır ki, İsfahanı Lut peyğəmbərin zamanındakı Tanrıya, İslama zidd əməllər bürüyüb. Bu səbəbdən də o, kişiliyini unudan “kişiləri” qılıncdan keçirtdirir. Onların kəlləsindən qüllələr yaptırmaqla digərlərinə dərs verir. Bu gün Avropanın bir çox parlamentlərinin ratifikasiya etdiyi qanunların qarşısına adı çəkiləndə dizləri titrəyən, “Topal Teymur” dedikləri, Makedoniyalı İsgəndər və Bonapart Napoleonla müqayisə etdikləri dünya Fatehi Əmir Teymur çıxsaydı yəqin öz qılınclarına doğranar, kəllələrindən yeni qüllələr yapılardı!
“Qılınc”ın qüdrətini, “Hökmdar”ın hökmünü göstərdi
Əmir Teymur Türk və İslam mədəniyyətini çevrələyən ölkələrin himayədarı qismində çıxış etdi. Millətinə və dininə asi çıxanlara “Qılınc”ın qüdrətini, “Hökmdar”ın hökmünü göstərdi. Millətini və dinini aşağılayanlara tarixi dərs verdi. O dərslərdən birini də o, bu gün İran adlanan tarixi Azərbaycan torpağında həyata keçirmişdi. İsfahanda kəllədən qüllə tikib, hasar hörən Əmir Teymur “Şahnamə”nin müəllifinin məzarının önünə gəlib, çənəsini qılıncının tiyəsinə söykəyib söyləmişdi: “Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör!” Firdovsi “Şahnamə” əsərində Turanı İran qarşısında aşağılamış, Alp-Ərtonqanı haqq etmədiyi şəkildə təqdim etmişdi! Bu Qılıncın qüdrətinin, Qələmin qüdrəti qarşısında hesabatı idi. Əmir Teymur günahsız yerə kəllə alıb baş kəsməz, milləti və məmləkəti tərəqqidən saxlayan qanunlara imza atmazdı!
Dünya Fatehi Əmir Teymurun bu əzəmətini Turan, Türk dünyası, Tanrının köç əylədiyi, peyğəmbərləri xəlq etdiyi Şərq 44 günlük Vətən Müharibəsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin simasında yaşadı!
Şərəf Cəlilli