Bakıda Binəqədi elektrik şəbəkəsi, 110/35/10 kV-luq “Dərnəgül” YS-dan çıxan 10 kV-luq 2585-565, 746-809, 31-38 saylı kabel xətlərinin zədələnərək istismara yararsız vəziyyətə düşən hissələrinin yenilənməsi nəzərdə tutulur.
Baki-baku.az-ın xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Bundan başqa, Biləcəri elektrik şəbəkəsi, 35/6 kV-luq 89 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Xətai elektrik şəbəkəsi, Yarımstansiya Əhmədli – 200 saylı yarımstansiya arası 35 kV-luq EVX-nin hava xətti özüllərinin tam qəzalı vəziyyətə düşmüş hissəsinin kabel xətti ilə əvəz olunması (2 dövrəli 4 km uzunluğunda alternativ trassa ilə kabel xətti ilə əvəz edilməlidir), Suraxanı elektrik şəbəkəsi, 35/6 kV-luq 360 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Sabunçu rayonu Sabunçu elektrik şəbəkəsi, 35/6 kV-luq 22 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Xəzər rayonu Xəzər elektrik şəbəkəsi, KTM 378, KTM 382, KTM 171, KTM 564, KTM 1206, KTM 176 bərpası nəzərdə tutulur.
Bu məqsədlə “Azərişıq” ASC-yə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.