Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

GÜNDƏM

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub

Qəbələ Uşaq Reabilitasiya Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub.

Baki-baku.az xəbər verir ki, media nümayəndələri əlilliyi olan uşaqlar üçün mərkəzdə yaradılmış şərait, tətbiq olunan müasir reabilitasiya üsulları, eləcə də xidmət prosesinin təşkili ilə yaxından tanış olublar.

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan uşaqlara ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.

Qəbələ Uşaq Reabilitasiya Mərkəzi tərəfindən cari ilin birinci rübü ərzində əlilliyi olan 2400 uşağa reabilitasiya xidmətləri göstərilib. Ümumilikdə isə 2025-2026-cı illər ərzində 6900 nəfər uşaq Mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb.

Bu kateqoriyadan olan uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Şəmkir rayonundakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Agentliyin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin yanvar-mart ayları ərzində 10 min uşaq reabilitasiya xidmətlərinə cəlb edilib.

Reabilitasiya xidmətləri əlilliyi olan uşaqların sosial-psixoloji, tibbi reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan

Ən son

GÜNDƏM

Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müasir standartlara uyğun infrastruktur formalaşdırılıb.

GÜNDƏM

Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müasir standartlara uyğun infrastruktur formalaşdırılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin