Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2025

Paylaşın

HƏR ŞEYDƏN

İmperatorun Pərəstişkarları Onu Necə Devirdilər

İmperatorun Pərəstişkarları, Bizans İmperiyası, Konstantinopol

Göy və yaşıllar

Bizans imperiyasında idman oyunları böyük rəğbət görürdü. Adi işçilərdən tutmuş senatın mötəbər nümayəndələrinə kimi hər təbəqədən insan tribunalarda toplaşırdı. İndi stadion adlandırdığımız məkanlarda hər yarış öncəsi qurğular quraşdırılırdı. Burada geniş spektrdə yarışlar keçirilirdi: qaçış və döyüş, ekzotik heyvanların nümayişi, akrobatların və rəqqasələrin tamaşaları. Lakin ən çox maraq göstərilən nümayiş at və at arabası yarışları idi. O səbəbdən bizanslılar bu ərazini ippodrom (hippos (ἵππος) – at, dromos (δρόμος) – qaçış) adlandırırdılar.

Bizans İmperiyası, Konstantinopol

Konstantinopolda bir neçə ippodrom mövcud idi. Paytaxtın ən önəmli ippodromu Bizans hökmdarlarının sarayına bitişik Böyük İppodrom idi. Böyük İppodrom fərqli dövrlərdə 40 mindən 80 minə qədər izləyici tutumuna malik idi. VI əsrin birinci yarısında paytaxt əhalisinin sayı 375 mindən 500 minə yüksəldi. Bu da o demək idi ki, hər 10 adamdan biri yarışa baxmağa gedə bilərdi. İmperatorun özü də yarış həvəskarı olduğundan yarışlara vaxtaşırı baş çəkirdi. İppodromda şəhər əhalisi ona birbaşa müraciət edə bilərdi. Onlara cavabı isə imperatorun nümayəndəsi, lodjiyanın önündə dayanan mandator verirdi. İppodrom ictimai həyatın önəmli mərkəzinə çevrilmişdi.

Bizans İmperiyası, Konstantinopol

At arabası yarışları zamanı Böyük İppodrom yarış həyəcanı ilə qaynayırdı. Yarışanlar dörd fərqli rəngdə – ağ, qırmızı, göy və yaşıl – geyimlə seçilirdilər. Azarkeşlər müasir həyatda idman formaları kimi ayrı-ayrı komandalara bölünürdü bir növ. Lakin bu ilk baxışdan belə görünürdü. Aysberqin görünməyən tərəfi isə acınacaqlı idi. İppodrom partiyası olan və “dim” adlanan toplumun ilkin funksiyası tamaşaçı olmaq idi. Bununla yanaşı onlardan yarışların rəngarəng və maraqlı keçməsi üçün bir gün öncədən geniş hazırlıqlar görmək tələb olunurdu. İdmançılar, təlim keçənlər, ustalar və xidmət sahəsi işçiləri hər yarış öncəsi hazırlıq prosesini təşkil edirdilər. Ziyalılar, imkanlı tacirlər, zadəganlar– dimlərə müxtəlif kəsimlərdən insanlar aid idi. Hər partiyanın yüz minlərlə azarkeşi var idi. Onların böyük əksəriyyəti kişilər idi – qadınların ippodromda olmasına ilk vaxtlar icazə yox idi. Hətta qanunən qadının orada olması boşanma üçün səbəb ola bilərdi.

Bizans İmperiyası, Konstantinopol

Partiyalardan ikisi digərlərindən daha önəmli sayılırdı – yaşıllar (prasinlər) və göylər (venetlər). VI yüzillikdə Konstantinopolda 3 imperator hakimiyyətdə olmuşdu – Anastasiy I, Yustin I və Yustinian I. İlki prasinləri, daha sonrakılar isə venetləri dəstəkləyirdilər. İki partiya arasında qarşıdurmalar idman rəqabətiylə kifayətlənmirdi. 532-ci il yanvarın 11-də yaşıllar (prasinlər) imperatora göylər (venetlər) tərəfindən sıxışdırıldıqları barədə şikayət etdilər. Lakin müraciət cavabsız qaldı. Bunla artıq əhali arasında narazılıq baş qaldırmağa başlayırdı…

Ardı var

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dəniz quldurları bir gözlərini niyə sarğı ilə örtürdülər?