Nəşr edilmişdir 02/27/2025

Paylaşın

GÜNDƏM

Bakıda yaşamaq üçün 1 aylıq büdcə

unnamed

Bakıda yaşamaq üçün tələb olunan büdcə bir çox amillərdən asılıdır. Yaşayış yerindən asılı olaraq kirayə haqqı, kommunal ödənişlər, nəqliyyat, qida, şəxsi xərclər və s. kimi şeylər müəyyən büdcə tələb edir. Bakibaku.az olaraq sizin üçün “1 aylıq Bakıda yaşamaq üçün nə qədər büdcə lazımdır?” haqqında araşdırma etdik. Ortalama hesablamalara əsasən 1 insanın xərclərini hesabladıq.

1.⁠ ⁠Kirayə mənzil

Bakıda kirayə mənzil qiymətləri yaşayış yerindən və mənzilin vəziyyətindən asılı olaraq dəyişir. Şəhərin mərkəzində 1 otaqlı mənzil 500-1000 manat arasında, mərkəzdən kənarda isə 350-600 manat  arasında dəyişir. Tələbələr və subay şəxslər üçün isə otaq kirayəsi isə 200-400 manat arası dəyişir.

2.⁠ ⁠Kommunal xərclər

Elektrik, su, qaz orta hesabla ayda 50-100 manat arası, internet 20-40 manat arası xərc edir.

3.⁠ ⁠Qida və market xərcləri

Əgər evinizdə yemək bişirəcəksinizsə, xərcləriniz az olacaq. Kafe, yaxud restoranlardan sifarişlə istəyirsinizsə, bu bir az bahalı olacaq. 1 nəfər üçün aylıq market alış-verişi təxmini 200-400 manat arası büdcə tələb edir. Fast food yeməkləri 1 nəfər üçün 7-20 manat arası, orta səviyyəli restoran isə 20-40 manat arası dəyişir.

4.⁠ ⁠Nəqliyyat xərcləri

Nəqliyyat xərci avtobus, metro, taksi arasında dəyişir. Əgər avtobus, yaxud metrodan istifadə etmək istəyirsinizsə, bir gediş haqqı 50 qəpikdir. Aylıq isə hər ikisi orta hesabla 50 manat edir. Taksi qiyməti isə məsafədən, tıxac saatından asılı olaraq dəyişir. Orta hesabla isə 1 ayda 100-250 manat arası edir.

5.⁠ ⁠Şəxsi xərclər

Şəxsi xərclər sizdən asılıdır. Əgər siz idman etmək, kinoteatr, yaxud teatra getmək kimi fəaliyyətlərdə aktivsinizsə, ortalama idman zalına 50-150 manat arası, kinoteatra, yaxud teatra isə 8-30 manat arası büdcə ayırmalısız. Geyim və şəxsi əşyalar üçün isə 50 – 200 manat  kifayət edir.

Bakıda yaşamaq üçün orta hesabla minimum olaraq 750 manat, rahat yaşamaq üçün 1000 manatdan yuxarı, maksimum isə 2500 – 3000 manat büdcə tələb olunur.

Bəs sizcə orta hesabla Bakıda 1 ay yaşamaq üçün nə qədər büdcə lazımdır?

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət

Ən son

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata

GÜNDƏM

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata