Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/11/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan xalça sənəti kəlağayılarda yenidən canlandı

Kəlağayı

Yeləni Kəlağayıları yeni kolleksiyası ilə milli irsimizi müasir dəblə bir araya gətirərək Avropa və Rusiya bazarına çıxır.

Baki-baku.az xəbər verir ki, bu xüsusi kolleksiyada Azərbaycanın qədim xalça sənətinin ruhu, əsrlərdən gələn ornamentlər və milli naxışlar kəlağayıların üzərində yenidən həyat tapıb. Kolleksiyanın vizual təqdimatı isə sənətşünas Xəyalə Rəis tərəfindən canlandırılıb. Videoçarx süni intellekt texnologiyası ilə hazırlanıb.

Kolleksiyada istifadə olunan naxışlar Azərbaycanın qədim xalça məktəblərindən ilhamlanaraq hazırlanıb, milli motivlər müasir dizayn yanaşması ilə harmonik şəkildə işlənib.

Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq moda platformalarında tanıtmaq, milli irsimizi qlobal auditoriyaya estetik və fərqli üslubda təqdim etməkdir. Avropa və Rusiya bazarına təqdim olunan bu yeni kolleksiya yüksək keyfiyyəti, incə əl işini və milli kimliyi özündə birləşdirir.

Qədim naxışların müasir interpretasiyası

Milli irsin zərif dəb nümunəsinə çevrilməsi

Azərbaycan ruhunu dünyaya daşıyan eksklüziv kolleksiya

Yeləni Kəlağayıları ilə Azərbaycan kəlağayısı artıq yalnız milli geyim elementi deyil, həm də beynəlxalq moda səhnəsində öz sözünü deyən sənət nümunəsidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance 2026 keçiriləcək.

Ən son

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin