Nəşr edilmişdir 02/06/2025

Paylaşın

GÜNDƏM

Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir

IMG-20250129-WA0050(1)

Bu gün Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən təşkil edilən “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı işə başlayıb.
Baki-baku.az xəbər verir ki, tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi və qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.
Fevralın 8-dək davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransında qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq.
Tədbirdə həmçinin təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.
Qeyd edək ki, Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) 1940-cı ildə yaradılıb və dünya neft hasilatı/neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az paylaşımı təqdim edir: