Nəşr edilmişdir 12/24/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Paytaxt gənclərinə yeni kitab təqdim edildi

Yeni kitab

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə Kitab Mərkəzində gənclərlə görüş keçirilib. Görüşdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı  yeni kitabın təqdimatı keçirilib.

Kitabın çapında əsas məqsəd gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğıdir.  “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, fəal gənclər, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və kitabın ərsəyə gəlməsinə həsr edilən video çarx nümayiş etdirildi.

 Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı hər iki kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki,  “Deyirlər: nəhəng olan hər bir şey yalnız çox uzaq məsafədən tam həcmi ilə görünür. Möhtərəm cənab Prezident İlham Əliyevin dahi siyasəti yalnız müəyyən zaman keçdikçə tam həcmi, nəhəngliyi və anlamı ilə insanlara aydın olur. Təqdimatına toplaşdığımız bu kitab Prezidentimizin uzaqgörən siyasətini anlamaq üçün çox yaxşı bir vasitədir.”

Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Aytac Əjdərli, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, gənc fəal Nəzrin Hüseynova  və başqaları  yeni çap edilən kitabların əhəmiyyətini qeyd edərək bu nəşrin Qazanılan Zəfər və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili  və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar. 

Çıxışlarda qeyd edilib ki, “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni nəşr artıq böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dildə nəşr edilən Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın ikinci hissəsi olaraq Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. Kitabda Şanlı Qələbənin əldə olunmasında və müharibədən sonrakı dövrdə aparılan quruculuq işlərinin ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində  mümkün olduğu xüsusi vurğulanıb. Yeni nəşrdə ​Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı bildirdi ki, dünya şöhrətli dövlət xadimi, dahi sərkərdə, müasir dövlətçilik tariximizi yenidən yazan, Zəfər Komandanı İlham Əliyevin doğum günüdür. O, gənclər və tədbir iştirakçıları adından cənab Prezidenti ürəkdən təbrik edərək Azərbaycan xalqının rifahı naminə gördüyü böyük işlərə görə ona minnətdarlığını bildirib.

Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə təqdim edilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlanıb.Baki-baku.az AZAL-a istinadla siyahını təqdim edir:

Ən son

GÜNDƏM

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.Baki-baku.az