Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/16/2026

Paylaşın

GÜNDƏM

“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ – “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi

WhatsApp Image 2026-10-16 at 10.42.35

PAŞA Kapital İnvestisiya Şirkəti Azərbaycanın kapital bazarları tarixində növbəti bir ilkə imza ataraq, dövlətin kredit zəmanəti mexanizmi əsasında korporativ istiqrazların yerləşdirilməsini uğurla tamamlayıb.
Şirkətdən Baki-baku.az-a bildirilib ki, “AZƏRMAŞ GROUP” MMC-nin 10 milyon manatlıq korporativ istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti əsasında “PAŞA Kapital”ın anderrayterliyi ilə 15 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) keçirilən rəqabətli hərracda tam həcmdə yerləşdirilib.
İnvestorların fəal iştirakı ilə baş tutan yerləşdirməyə 66 fiziki və 5 hüquqi şəxs olmaqla, ümumilikdə 71 investor qoşulub. İstiqraz emissiyasının 100 % reallaşdırılması “PAŞA Kapital”ın kapital bazarında uğurlu anderraytinq fəaliyyətinin daha bir göstəricisi olub.
İnvestorların sayı və yerləşdirdikləri sifarişlər üzrə həcm bölgü aşağıdakı kimi formalaşıb:
Fiziki şəxslər: 66 investor, 4 233 000 AZN (42,33%) sifariş həcmi;
Hüquqi şəxslər: 5 investor, 5 767 000 AZN (57,67%) sifariş həcmi.
Hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz illik 13% kupon gəliri və 3 illik tədavül müddəti ilə investorlara təqdim edilib. İstiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 3 aydan bir həyata keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən məlumat verilib.

Ən son

GÜNDƏM

Nazirlikdən Baki-baku.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir

GÜNDƏM

Nazirlikdən Baki-baku.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin