Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2026

Paylaşın

GÜNDƏM

“14 iyul 1969-cu il: Tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

IMG-20260714-WA0013

İyulun 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin ömür və fəaliyyətinə həsr olunmuş muzey və arxiv sənədləri, fotoşəkillər, nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbirdə əvvəlcə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin tarixində dönüş nöqtəsi olmaqla milli inkişafın yeni mərhələsinin əsasını qoyub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı sürətlənib, gələcək dövlət müstəqilliyi üçün möhkəm siyasi və iqtisadi zəmin formalaşıb: “Ulu Öndərin Azərbaycana ilk rəhbərlik dövrünün – 1969-1982-ci illərin sənədləri bizim arxivimizdə göz bəbəyi kimi mühafizə olunur.

Həmin sənədləri araşdırarkən əldə etdiyimiz məlumatlar onu göstərir ki, onları mütləq gələcək nəsillərə və tədqiqatçılara çatdırmaq lazımdır. Odur ki, Ümummilli Liderin ölkəmizin çətin dövrlərində gördüyü işləri 10 cildlik sənədlər toplusu şəklində hazırlayıb nəşr etdirdik. Topluda Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) elmin və təhsilin, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin, Azərbaycanın xarici əlaqələrini əks etdirən nadir arxiv sənədləri dərc olunub”.

Direktor qeyd edib ki, bu yaxınlarda iki yeni kitab – “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən “Teatr və kino” və “Musiqi mədəniyyəti” kitabları nəşr olunub. Nəşrlərdə Ümummilli Liderin 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə milli mədəniyyətinin inkişafına dair dövlət siyasətini əks etdirən, arxivin fondlarında mühafizə olunan çoxsaylı sənədlər ilk dəfə sistemli şəkildə geniş oxucu auditoriyasına təqdim edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Dahi Şəxsiyyət nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də yeni idarəçilik məktəbi formalaşdırıb. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlər qazanır.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatı Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, yazıçı-publisist Şərəf Cəlilli çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışıblar.

Tədbir çərçivəsində həmçinin, İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan 1969–1982-ci illərə aid sənədlər əsasında hazırlanmış sənədli xronika nümayiş etdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1822-ci il iyulun 12-də Şəkidə dünyaya gələn Mirzə Fətəli Axundov gənc yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərirdi

Ən son

GÜNDƏM

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

GÜNDƏM

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin