Nəşr edilmişdir 11/25/2024

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Zivər bəy Əhmədbəyov: Cümhuriyyətin Baş Memarı

Zivər bəy Əhmədbəyov

Tarixi abidələri, memarlıq inciləri, qədim yaşayış məskənləri ilə sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verən, Bakının simasının bir türk, müsəlman şəhəri olaraq formalaşmasında xüsusi xidmətləri olan, Cümhuriyyətin Baş Memarı kimi tarixdə qalan Zivər bəy Əhmədbəyov 1873-cü il fevralın 16-da Şamaxıda dünyaya gəlib. İlk təhsilini Şamaxıda alan Əhmədbəyov 1902-ci ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitunu bitirib. İlk Ali təhsilli Memar olaraq Vətəninə dönən Zivər bəy 1902-1917-ci illərdə Bakı Quberniyasının idarəsində, ondan sonra isə Bakı Şəhər İdarəsində memar kimi fəaliyyət göstərib.

Zivər bəy Əhmədbəyovun  ilk ali təhsilli memar olaraq Vətən qarşısındakı xidmətlərini nəzərə alan Cümhuriyyət qurucuları onu Bakı Şəhərinin Baş Memarı elan etməklə yanaşı, həm də Xalq Cümhuriyyətinin Baş Memarı kimi tarixdə yerini və rolunu müəyyənləşdirib. 1922-ci ilə qədər Nəriman Nərimanovun xüsusi qayğısı ilə Şura Hökümətinin təzyiqlərindən qorunan Zivər bəy Xalq Cümhuriyyətinin qurucularına qarşı edilən haqsızlıqlarla barışmadığından mühacirəti qəbul etmiş, mühacirətdən qayıtdıqdan sonra isə Sovet rejiminin qaydaları ilə barışmamış, 1925-ci ildə intihar edib. O, Bakıda, Çəmbərəkənd qəbirstanlığında dəfn olunub.

Zivər bəy Əhmədbəyovun yaratdığı əvəzsiz incilər sırasında UNESCO-nun maddi-mədəni irsi siyahısına daxil olan qiymətli incilər də var. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Göyçayda Əbülfəzil Abbas məscidinin, Bakıda Təzəpir məscidinin, Əmircanda Murtuza Muxtarov məscidinin, Bakıda və Şimali Qafqazda çoxsaylı yaşayış, səhiyyə və təhsil ocaqlarının Baş Memarı kimi ruhunu, duyğusunu daşa, yaddaşa köçürən Zivər bəy Əhmədbəyov Azərbaycanın o xoşbəxt taleli simalarındandır ki, Bakı milyonçularının, mesenatlarının xüsusi diqqəti və qayğısı ilə əhatə olunub. Aşurbəylilərin məşhur nümayəndəsi, bir sıra tarixi abidələrin, yaşayış binalarının, Təzəpir məscidi kimi memarlıq incisinin himayədarı Nabat xanım Aşurbəyovanın ayırdığı sərmayə, onun xüsusi istəyi ilə Şərq ölkələrinə ezam olunan, islam dəyərlərinin incisi sayılan məscid komplekslərinin və abidələrinin memari quruluşu ilə yerində tanış olan Zivər bəy Əhmədbəyov Bakıya dönüşündən sonra bir çox İslam abidələrini, incilərini yaratmışdı. Şah əsəri isə Nabat xanım Aşurbəylinin Tanrıya inamını, müsəlman mədəniyyətinə, islam dəyərlərinə sevgisini özündə ehtiva edən Təzəpir məscidi oldu.

Qərbi Avropa və Şərq memarlıq ənənələrinin vəhdətində tarixi abidələr yaradan Zivər bəy Əhmədbəyovun islam mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri isə 1917-ci ildə, hələ Çar rusiyasının tamamilə məhv olmadığı bir ərəfədə “İslam abidələrini qoruyan” bir cəmiyyəti qurması ilə bağlıdır. Cümhuriyyət zamanı, 1919-cu ildə Şirvanşahlar dövlətinin, Şamaxının tarixi abidələrinin öyrənilməsi, tədqiqi və təbliği məqsədi ilə qurduğu “Yeni Şirvan Cəmiyyəti” onun bir ictimai xadim kimi qüdrətinin, vətən sevgisinin, islama dəyərlərinin göstəricisidir. Şura hökumətinin pan-türkist, pan-islamist damğası vuraraq istintaqa cəlb edib incitdiyi, intihara cəhd etdirdiyi Zivər bəy Əhmədbəyovun abidəsi layihəsini verdiyi binaların birinin önündə, metronun “Nizami” stansiyanının qarşısında, adını daşıyan parkda ucalır.

Şərəf Cəlilli

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” futbol klubunun oyunu ilə

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) günlərində İçərişəhər

ƏSAS XƏBƏRLƏR

“Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir” Bakının incilərindən biri mövcud olduğu

DİGƏR XƏBƏRLƏR

Bakı və Abşeronda noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində