Harry Styles, Emma Corrin, Eddie Redmayne və digər ulduzlarla əməkdaşlıq edən dünyaca məşhur stilist Harry Lambert, ispan markası Zara üçün “Cutie Circus” adlı yeni bir kolleksiya hazırlayıb. Yeni kolleksiyanın illüstrasiyasılarını azərbaycanlı rəssam Ayşə Nağıyeva təqdim edib.
1970-ci illərin Sirk estetikasından ilhamlanan kapsul kolleksiyası Sentyabr 20-də satışa çıxarılıb. Rəssam Ayşə Nağıyeva Harri Lambert və Zara-nın əməkdaşlığı üçün 70-ci illərin Sirk estetikasının rəng palitrası və tədqiqatlarından ilhamlanaraq unikal eskizlər yaradıb.
“Harry Lambert x Zara ‘ nın ikinci işbirliyində iştirak etmək, kifayət qədər böyük Fil fiqurunu yaratmaq və dünyanın hər yerində müxtəlif formalarda görünməsini izləmək sürreal və inanılmaz bir təcrübə idi. Filin ilk kobud eskizini yazda, qatarda olarkən bir kağız üzərində sadə qələmlə çəkdim. Daha sonra müxtəlif ölçüdə və kompozisiyalarda suluboya ilə daha peşəkar formada təqdim etdim. İdeyaların və yaradıcılığın sərhədsiz olduğu bir lahiyədə illüstrasiyalarımı göstərmək və nəticədə Harry və Zara komandasının onları geyimə necə birləşdirdiyini görmək mənim üçün həyəcanlandırıcı idi“- Bu fikiləri A.Nağıyeva Hypebae nəşriyyatına müsahibəsində qeyd edib.