Nəşr edilmişdir 04/16/2025

Paylaşın

GÜNDƏM

Yerdə maqnit qasırğası güclənib

maqnit

Yerin maqnit sahəsinin həyəcan dərəcəsi G2 səviyyəsinə çatıb.

Baki-baku.az-ın məlumatına görə, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

Yerdəki maqnit fırtınasının səviyyəsi beş göstəricidən ibarət şkalada G2 – “mülayim” – səviyyəsinə çatıb, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif” deməkdir.

G2 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr, yüksəktezlikli radio əlaqələrində pozulma ehtimalı var. Qütb parıltıları 50 dərəcə şimal enliklərinə qədər qeydə alınır.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri əvvəllər bildirmişdilər ki, 13 aprel tarixində Yerə doğru iki böyük Günəş tac kütləsi atılıb. Proqnoza görə, 16 apreldə G1-G2 səviyyəli maqnit fırtınaları gözlənilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Ən son

GÜNDƏM

Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda –

GÜNDƏM

Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda –