Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

GÜNDƏM

Yeni dərs ili və Bakının köhnə problemi – Tıxaclar azalacaqmı?

Payızın ilk günləri Bakının küçələrinə yalnız sərin havanı deyil, həm də təhsil mövsümünün gətirdiyi tanış mənzərəni qaytarır – tıxacları. Yay aylarında nisbətən boş qalan paytaxt yolları sentyabrın gəlişi ilə yenidən sıxlıqla üzləşir. Minlərlə şagird və tələbənin dərsə qayıtması, valideynlərin övladlarını məktəbə aparıb-gətirməsi, şəxsi avtomobillərin sayının artması şəhərin nəqliyyat sisteminə əlavə yük yaradır. Buna görə də, hər yeni dərs ilindən qabaq tıxacların yenidən artması məsələsi müzakirə mövzusuna çevrilir.
Baki-baku.az yeni tədris ilində paytaxt yollarını gözləyən tıxaclarla mübarizə və 3 aylıq tətil müddətində bu istiqamətdə atılan addımları araşdırıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, son üç ayda Bakıda tıxacların azaldılması üçün əsasən ictimai nəqliyyatın gücləndirilməsinə yönəlmiş addımlar atılıb. Yeni avtobusların gətirilməsi, avtobuslar üçün xüsusi hərəkət zolaqlarının çəkilməsi, mikromobillik vasitələri üçün zolaqların yaradılması bu istiqamətdə atılan mühüm işlər sırasındadır.
Onun sözlərinə görə, bəzi ərazilərdə yolların yenidən qurulması, hərəkətin təşkili ilə bağlı layihələr hazırlanıb və icrasına başlanılıb. Həsən Əliyev küçəsindən Koroğlu metrosuna qədər paralel yolun çəkilməsi nəzərdə tutulur ki, bu da Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin yükünü müəyyən qədər azalda bilər. Yeni metro stansiyalarının tikintisinə start verilməsi də görülən tədbirlər sırasındadır.
Ekspert qeyd edir ki, paytaxtdakı nəqliyyat probleminin tam həlli qısa müddətdə mümkün deyil: “İllərlə yığılıb qalan bu məsələ üç ayda, hətta üç ildə də həllini tapmayacaq. Təxminən 25-30 ilə qədər vaxt tələb oluna bilər. Amma avtobus parkının yenilənməsi, metro intervalının azaldılması, ictimai nəqliyyata marağın artması artıq müsbət göstərici kimi dəyərləndirilə bilər”.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumatda isə qeyd olunub ki, tədris mövsümünün başlanması ilə əlaqədar sərnişindaşıma imkanlarının artırılması üçün paytaxtda avtobusların sayı 2 300-dən çox olacaq. Hazırda istismarda olan 2 200 avtobusa əlavə olaraq yeni nəqliyyat vasitələrinin xətlərə buraxılması nəzərdə tutulub.
Qurumun açıqlamasında bildirilir ki, son illərdə avtobus parkı ardıcıl şəkildə yenilənir. 2025-ci ildə 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus istismara cəlb edilib. Bundan əlavə, yaxın günlərdə Bakı küçələrinə daha 200 müasir avtobus gətiriləcək. Avtobusların xüsusi zolaqlarla hərəkəti isə sərnişinlərin mənzil başına daha sürətli çatmasına şərait yaradıb.
AYNA-nın məlumatına əsasən, hazırda 40-a yaxın küçə və prospektdə 112 kilometrlik avtobus zolaqları mövcuddur və hər gün bu zolaqlarla 1 milyona yaxın sərnişin daşınır. Bu, bəzi marşrutlarda gediş vaxtını 12-22 dəqiqə qısaldıb.
Göründüyü kimi, həm ekspertlərin proqnozları, həm də dövlət qurumlarının açıqlamaları paytaxtın illərlə davam edən nəqliyyat probleminin birdən-birə həll olunmayacağını göstərir. Amma yeni avtobusların gətirilməsi, xüsusi hərəkət zolaqlarının genişləndirilməsi, metro şəbəkəsində aparılan dəyişikliklər və uzunmüddətli infrastruktur layihələri gələcəkdə vəziyyətin yaxşılaşacağına ümid yaradır. Bakının tıxac problemi hələ uzun illər aktual olaraq qalacaq, lakin atılan addımlar paytaxt sakinlərinin gündəlik həyatında müəyyən yüngüllük yarada bilər.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Океаны покрывают большую часть поверхности Земли, и в их глубинах до сих пор скрываются тысячи ещё не разгаданных

Ən son

HƏR ŞEYDƏN

Bank kartlarından icazəsiz pul silinməsi hallarına tez-tez rast gəlinir. Bu vəziyyət hər bir istifadəçi üçün

HƏR ŞEYDƏN

Bank kartlarından icazəsiz pul silinməsi hallarına tez-tez rast gəlinir. Bu vəziyyət hər bir istifadəçi üçün
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin