Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/20/2025

Paylaşın

GÜNDƏM

Yay günlərində uşaqların günvurmadan qorunması üçün nələrə diqqət edilməlidir?

Yay günlərində, Günvurma, Yay, Uşaq

Yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər diqqətli olmalıdırlar.
Baki-baku.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis – eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, hamilə qadınların, yaşlı insanların və uşaqlarının orqanizmi temperatur dəyişikliklərinə qarşı adaptasiya olmaqda daha çox çətinlik çəkir:
“Yayda saat 11:00-dan 17:00-dək uşaqların birbaşa günəş şüalarına məruz qalması təhlükəlidir. Buna görə açıq havada oynamaq üçün səhər tezdən və ya axşamüstü saatları seçilməlidir. Uşaqlara yüngül, açıq rəngli və hava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı və bədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir. Dəri üçün günəşdən qoruyucu kremlərin istifadəsi də mütləqdir”.
Mütəxəssiz eyni zamanda qeyd edib ki, xroniki xəstəliyi olan bəzi insanlar da isti havalarda diqqətli olmalıdır:
“Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksək temperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinə səbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyin yükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxara bilər”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin