Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

Yaşıllıqlara dəymiş ziyana görə ödənişlər Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödəniləcək

Yaşıllıqlara dəymiş ziyana görə ödənişlərin Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar sırasında yer almasının hüququ əsası müəyyənləşir.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, mövcud qanunvericilikdə yaşıllıqların məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarından asılı olaraq təqsirkar şəxslər inzibati və cinayət məsuliyyəti daşımaqla bərabər, həmdə onların üzərində dəymiş ziyanın ödənilməsi vəzifəsi qoyularaq mülki məsuliyyətə cəlb edilirlər. Yaşıllıqların mühafizəsi haqqında Qanunun 19.3-cü maddəsinə əsasən yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

Qeyd edilən normaya əsasən təcrübədə yaşıllıqlara dəymiş ziyan “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na ödənilsə də “Ətraf Mühitin Mühafizəsi haqqında Qanun”da bu hal nəzərdə tutulmayıb.

Ətraf mühitə daxilolmaların hüquqi əsası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 27-ci maddəsinin 3-cü hissəsində qeyd edildiyindən Qanunun sözügedən normasına dəyişiklik edilməsi zərurəti yaranıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca