Nəşr edilmişdir 08/29/2025

Paylaşın

GÜNDƏM

Yasamalda Məmməd Rahim küçəsinin təmirinə başlanılıb

Yasamalda, Yasamal rayonu, Məmməd Rahim küçəsi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Məmməd Rahim küçəsində təmir işlərinə start verib.

Baki-baku.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili məqsədilə küçədə üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"Zirə"nin legionerləri milliyə dəvət alıb

Ən son

GÜNDƏM

Hilal Baydarovun "Xütbə" trilogiyasının son filmi "Boşluğa Xütbə" dünya premyerasını Venesiya Film Festivalında edəcək

GÜNDƏM

Hilal Baydarovun "Xütbə" trilogiyasının son filmi "Boşluğa Xütbə" dünya premyerasını Venesiya Film Festivalında edəcək
Facebook
X (Twitter)
LinkedIn
Email