Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qaz xəttinin yararsız hissəsinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 8-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu sallaqxanaların, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.