“Azərbaycana təyin olunduğum gündən indiyə qədər Bakı da daxil olmaqla, bu gözəl ölkənin füsunkar təbiətə malik bir sıra bölgələrinə səfər etmişəm, zəngin mədəniyyəti və mehriban insanları ilə tanış olmaq imkanı əldə etmişəm”.
Bu fikirləri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Baki-baku.az-a müsahibə verərkən bildirib.
Səfir ölkəmizin müxtəlif guşələrinə səfərlərindən məmnunluq ifadə edib:
“Azərbaycanın müxtəlif bölgələrini də ziyarət etmək imkanı əldə etmişəm. Hər bir regionun özünəməxsus xüsusiyyətləri və cazibəsi var. Şəkinin UNESCO-nun Ümumdünya İrsinə daxil edilmiş qədim abidələri, füsunkar mənzərələri, gözəl Qafqaz dağları kimi təbii və tarixi gözəlliklərin vəhdəti insanı valeh edir”.
Diplomat qeyd edib ki, Azərbaycan müxtəlif xalqların sivilizasiyasının kəsişdiyi tarixə malik ölkədir:
“Zəngin mətbəx mədəniyyəti də daxil olmaqla, Azərbaycandakı müxtəliflik buranı ziyarət edənlərə yeni baxış bucağı təqdim edir.
Xüsusilə Bakı müasir şəhər həyatının dinamikliyi ilə tarixi memarlığın ahəngdar şəkildə birləşdiyi çox cəlbedici bir şəhərdir”.
Hacı Cavadov
Qeyd edək ki, müsahibənin geniş variantı sabah təqdm olunacaq