Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/05/2025

Paylaşın

TARİXİMİZ

Xudanın bulunduğu yer – Xudavəng

II yazı

30 illik işğal, erməni təcavüzü nəticəsində Qarabağda, Şərqi Zəngəzurda daş-daş üstündə qalmadı. Bu torpaqların tarixi sakinlərinin yaddaşı, dini etiqadı, inancı ilə bağlı bütün abidələr yerlə-yeksan edildi. XVIII yüz ildən sonra Qafqaza, Qarabağa köçürülən gəlmələrin – ermənilərin şərəfinə çar cəlladlarının təməlini qoyduğu kilsələr, Ağoğlan qəsri və Xudavəng məbədi məhv edilmədi. Üzərindəki albanlara məxsus tamğalar, mixi yazılar, təsvirlər pozuldu. İrəvandan gələn katolikosların iradəsi ilə tarixi həqiqətin üzərinə kölgə salınmağa cəhd edilsə də, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Xudavəng monastrının və Ağoğlan qəsrinin məbədə, alpanların ziyarətgahına çevrilməsinə nail olundu. Kəlbəcərin şərqində, işğaldan azad olunan qədim yaşayış məskənlərimizin mərkəzinin 29 kilometrliyində, Murovdan və Qarabağ silsilələrinin qovuşduğu dağlıq vadidə, yüksək təpəlik, daha doğrusu sərt, sıldırım qayalar üzərində mövcud olan Xudavəng məbəd kompleksi Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi onun orta əsrlərdə mənəvi tərəqqisinə töhfələr vermişdir. Dini-mədəni mərkəz rolunu oynayan, adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd olunan  Xudavəng Məbəd Kompleksinin Dadi sözünün mahiyyəti – etimologiyası Qafqaz Albaniyasının tarixi ilə bilavasitə bağlıdır. “Dadi və ya Dada Həvvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş 70 həvaridən biri olmuşdur”.

“Xudavəng monastrına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifariş və himayəsi ilə inşa edilmişdir. Kompleksin təməli VI-VII əsrlərdə qoyulmuşdur. Həmin tikili müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və yerli Abqar adlı hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kompleksə daxil olan kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilən XV əsrdən isə knyazlığın dini məbədinə çevrilən Xudavəng monastrı Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilmişdir. Hökmdarın xatunu Arzu xatunun bu qalada dəfn olunması ilə Həsən Cəlal ona diqqətini bir qədər də artırmışdır. Həsən Cəlalın anası Arzu xatunun və görkəmli tarixçi Muxtar qoşun da divarına daş qoyub hördüyü məbədin tikintisində şərq memarlığını da nəzərə alınması abidənin tarixi sahiblərinin ünvanını göstərən amillərdəndir. “Üstü gümbəz kimi tikilən bu kompleksin tikilməsindən ağac materiallarından da istifadə olunmaqla yanaşı, Tərtər çayının sahilində – bir dərədə yığılaraq süxurlanmış və kristallaşmış gildən əmələ gələn daşlardan istifadə olunmuşdur. Vəng kəndində yerləşən bu məbəd kompleksin divarlarında boya ilə çəkilmiş çoxsaylı şəkillər və mixi yazılar mövcuddur”.

30 illik işğal dövründə erməni katalikoslarının ibadətgah yerinə çevrilən Xudavəng Məbəd Kompleksi 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş, məbədin tarixi sahibləri, Qəbələdə yerləşən Alban-Udi Ocağının nümayəndələri onu ziyarətə getmiş, ayinlər gerçəkləşdirmişdilər. 2020-ci il dekabrın 5-də isə Alban-Udi kilsəsinin  rəhbəri Rafik Dadakari məbədə vaiz təyin olunması ilə Xudavəngdə yeni mərhələnin əsası qoyulmuşdur. 2020-ci il noyabrın 28-dən sonra hüzura qovuşan Kəlbəcər bu gün tikilir, qurulur, sərt, sıldırım qayaların qoynuna yeni nəfəs gəlir. Qafqaz Albaniyasının abidələr panteonun gözünün nuru Xudavəng tarixi sakinlərinin, sahiblərin duaları moizələri ilə nura qərq olur.

İsa Məsihin əmanətləri satışa çıxarıldı

2020-ci il dekabrın 16-da baş verən bir hadisə ilə Tanrı evinə belə əl uzadanların haqqdan, ədalətdən uzaq simasını dünyaya nümayiş etdirdi. Həmin gün tarixi Azərbaycan şəhərində – Ermənistanın paytaxtı İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçirildi. Sərgidə Xudavəng Monastr Kompleksindən gətirilən Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olundu”.

Tanrının bir adı Allah, bir adı da Xudadı. Xudavəng sözü Xuda ilə başlayır. 1992-ci ildə Kəlbəcər didərgin düşəndə kəlbəcərli qız gəlinlər erməni daşnaklarının əlinə keçib rəzil olmamaq üçün özlərini Murovun zirvəsindən dərəyə atdılar. Kəlbəcrin iki qüdrətli şairi Bəhmən Vətənoğlu və Sücaət onun iyini, ətrini tutiya bilib, ruhunda yaşatmaq üçün Murovun ətəyində binə qurdular, ondan qopub ayrılmadılar.

“Ağlaya-ağlaya köçən Kəlbəcər, bir gün gülə-gülə qayıdacaqdır”, deyən Sücaət də, Bəhmən də Kəlbəcərsiz köçdü dünyadan. Aşıq Şəmşirin Ağdabandakı yurdunu oda qalayan, 12 ailə üzvünü soyqırımı qurbanına çevirən, Xudavəngdən apardığı Tanrı, din, iman nümunələrini, İsa Məsihin əmanətlərini bazara çıxaran erməni daşnakları “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Beynəlxalq əməkdaşlıq naminə “Tramp marşrutu”na qol qoyan, Zəngəzur dəhlizinin qapısını Turanın, türk dünyasının, Böyük İpək Yolunun üzünə açan Liderin – Prezident cənab İlham Əliyevin simasında tarixə həm də, Qafqaz Albaniyası kimi qüdrətli bir dövlət bəxş edən millətin, məmləkətin, Odlar yurdu Azərbaycanın əzəməti ilə üz-üzə gəldi. Bu, Xudanın bulunduğu yerdə – Xudavəngdə özünə yuva qurmaq istəyənlərə 44 günlük Vətən Müharibəsindən sonra verilən ən böyük dərslərdən biri idi. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Азербайджанский баскетбольный клуб «Нефтчи», который готовится представить страну в новом сезоне Кубка Европы, реализовал очередной трансфер.

Ən son

HƏR ŞEYDƏN

Əgər Yer kürəsinin peyki—Ay—yox olarsa, bəlkə də qlobal fəlakət baş verməz

HƏR ŞEYDƏN

Əgər Yer kürəsinin peyki—Ay—yox olarsa, bəlkə də qlobal fəlakət baş verməz
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin