Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/08/2026

Paylaşın

GÜNDƏM

İslam Səfərli küçəsində işlər yekunlaşmaq üzrədir – FOTOLAR

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması və genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə aparılan işlər yekunlaşmaq üzrədir.
Layihəyə uyğun olaraq, İslam Səfərli küçəsində daş döşəmələri salınıb. Bununla yanaşı, ərazidə kommunal infrastrukturun yenilənib. Həmçinin işıq dirəkləri, skamyalar qoyulub, ağaclar əkilib, dibçəkdə bitkilər yerləşdirilir.
Vaxtilə xaotik avtomobil axını ilə seçilən və piyadalar üçün əlverişsiz olan küçə hazırda komfortlu və müasir piyada məkanına çevrilir.
Qeyd edək ki, küçənin digər küçələrlə kəsişdiyi ərazilərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Mövcud parklanma yerləri əlçatanlıq qorunmaqla kəsişən küçələrə köçürüləcək, eyni zamanda əlavə parklanma yerləri təşkil olunacaq. Layihə çərçivəsində operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün də müvafiq şərait yaradılması nəzərdə tutulur.
Görülən işləri əks etdirən fotoları izləyicilərimiz üçün təqdim edirik.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

May ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

Ən son

GÜNDƏM

Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və

GÜNDƏM

Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin