Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/02/2025

Paylaşın

GÜNDƏM

Xəzər rayonunda Heydər Əliyev Fondu tərəfindən yenidən qurulan məktəb istifadəyə verilib

Xəzər rayonunda, Heydər Əliyev Fondu, Xəzər rayonu

Paytaxtın Xəzər rayonunda Heydər Əliyev Fondu tərəfindən yenidən qurulan məktəb istifadəyə verilib.

Baki-baku.az xəbər verir ki, Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 saylı tam orta məktəbdir.

2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərçivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı hər zaman özünün rəngarəng küçə həyatına görə seçilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin