Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2025

Paylaşın

GÜNDƏM

Xətaidə restoranda heyvanların qanunsuz saxlanıldığı aşkarlanıb

"Kolorit", Xətai rayonu, AQTA

Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib.

Bu barədə Baki-baku.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin