Nəşr edilmişdir 01/20/2025

Paylaşın

GÜNDƏM

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır

20 Yanvar

Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Baki-baku.az xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları – şəhidlərin yaxınlarını, Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə dərin hörmət və ehtiramının parlaq təzahürüdür.
Bu gün yalnız Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər təşkil edilir, şəhidlərin ruhuna dualar oxunur. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaları dağıtmaq, geniş vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən hərbi kontingent dinc əhaliyə qarşı amansız qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.
Faciəvi hadisələrin səhəri günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş həmin cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiyməti də Ulu Öndər Heydər Əliyev verdi.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəhidlərin xatirəsi əbədiləşdirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrindən diqqət və qayğını əsirgəmir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlillərinə və şəhid ailələrinə mənzillər, minik avtomobilləri verilib. 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği artırılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts

Ən son

GÜNDƏM

Ulu varlığın Ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Son zamanlar dünyanın mübarizə apardığı məsələlərdən biri də qlobal xəstəliklərdir. COVID-19 pandemiyasının yayılmasından sonra baş

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq