Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb

IMG-20260519-WA0327

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə yaradılmış Qlobal Şəhər Məlumatları Koalisiyasının iclası keçirilib.

Baki-baku.az xəbər verir ki, görüşdə Koalisiyanın son dövrdə gördüyü işlər və texniki işçi qruplarının fəaliyyəti müzakirə olunub.

Toplantıda şəhərsalma və mənzil sahəsində beynəlxalq əməkdaşlıq, məlumat mübadiləsi və ortaq rəqəmsal sistemlərin qurulması məsələlərinə, həmçinin məlumatlara əsaslanan şəhər siyasətlərinin hazırlanmasına diqqət yetirilib.

İclasda 2026–2029-cu illəri əhatə edən fəaliyyət planı müzakirə olunub və üzv tərəflərin bu prosesdəki rolu müəyyənləşdirilib.

Tədbirdə iki əsas texniki işçi qrupunun fəaliyyəti də diqqət mərkəzində olub.

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, Nyu-Yorkda keçiriləcək müzakirələrdə növbəti 10 il üçün əsas istiqamətlər müəyyən ediləcək. Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək üçün yeni alət və mexanizmlər müzakirə olunacaq.

A.Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri və mənzil məsələsi 10 il əvvəl Kitoda qəbul olunmuş Yeni Şəhər Gündəliyinin əsas mövzularındandır: “Şəhərlər planlaşdırılarkən qeyri-rəsmi yaşayış məntəqələri, yəni sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır.

İcraçı direktor bildirib ki, birinci işçi qrupu qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələlər üzərində çalışır, ikinci işçi qrupu isə gələcəkdə tikiləcək mənzillərlə bağlı fəaliyyət göstərir. O qeyd edib ki, əsas məqsəd şəhərlərin genişlənməsinin təbiətə və cəmiyyətə təsirini ölçmək və bu məsələyə diqqət çəkməkdir.

Sonda vurğulanıb ki, koalisiya urbanizasiya ilə bağlı problemlərin həllində məlumatların əlçatanlığının və etibarlılığının artırılması baxımından mühüm platformadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma səyləri sülh quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Ən son

GÜNDƏM

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Baki-baku.az-a bildirilib ki, qurbanlıq heyvanların

GÜNDƏM

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Baki-baku.az-a bildirilib ki, qurbanlıq heyvanların
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin