Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

“Azərbaycan məhəlləsi”, WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda Kahramanmaraş vilayətində salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim edilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Kahramanmaraşda yerləşən “Azərbaycan məhəlləsi”ndə ticarət obyektlərinin, ofislərin, idman zalının, mədəniyyət mərkəzinin və ticarət mərkəzinin (AVM) fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır və bu məkan artıq Kahramanmaraşın ən gözəl və sürətlə inkişaf edən yaşayış ərazilərindən birinə çevrilib.

Qeyd olunub ki, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda “Azərbaycan məhəlləsi” adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində 1223 yaşayış evi, 1789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb inşa olunub.

Bildirilib ki, həmçinin meydanların və digər ictimai məkanların təşkili ilə bağlı qərarlar da yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühitinin formalaşdırılmasıdır.

Beləliklə, “Azərbaycan məhəlləsi” layihəsi təkcə müasir şəhərsalma yanaşmasının nümunəsi olmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və həmrəyliyin real təcəssümü kimi çıxış edir. Layihə zəlzələdən zərər çəkmiş ərazilərdə dayanıqlı və komfortlu yaşayış mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq.

Ən son

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin