Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

WUF13

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Perspektivləri” təqdim olunub və dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı geniş təhlillər açıqlanıb. Bildirilib ki, bəzi şəhərlərdə sürətli əhali artımı sıxlıq və mənzil çatışmazlığına səbəb olduğu halda, digər şəhərlərdə əhalinin azalması müşahidə olunur.

Sessiyada çıxış edən ekspertlər urbanizasiya proseslərinin mənzil siyasəti, torpaq istifadəsi və şəhər planlaşdırılması ilə sıx bağlı olduğunu vurğulayıblar. Qeyd edilib ki, şəhərlərin gələcək inkişafı üzrə effektiv strategiyaların hazırlanması üçün dəyişən tələbatın və demoqrafik meyllərin nəzərə alınması vacibdir.

Panel müzakirələrində BMT-nin Əhali Bölməsinin, Avropa İttifaqının Birgə Araşdırma Mərkəzinin, BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) ekspertləri ilə yanaşı, Azərbaycan Dövlət Statistika Komitəsinin sektor müdiri Arzu Tağıyeva da iştirak edərək, ölkənin statistik yanaşmaları və urbanizasiya sahəsində təcrübəsi barədə məlumat verib.

Tədbirdə, həmçinin vurğulanıb ki, davamlı və inklüziv şəhər inkişafına nail olmaq üçün qlobal əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ənənəvi enerji mənbələrinin bərpaolunan enerji ilə səmərəli inteqrasiyası yalnız müasir rəqəmsal infrastruktur və inkişaf etmiş kommunikasiya platformaları vasitəsilə

Ən son

GÜNDƏM

Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma səyləri sülh quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsi

GÜNDƏM

Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma səyləri sülh quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin