Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

WhatsApp Image 2026-05-18 at 14.32.39

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və ekoloji məsuliyyətli mənzil sektorunun inkişafı, eləcə də rəqəmsal texnologiyaların bu sahədə rolu müzakirə olunub.
Baki-baku.az xəbər verir ki, GSMA-nın (Global System for Mobile Communications Association) iqlim texnologiyaları və rəqəmsal kommunal xidmətlər üzrə baş təşviqat rəhbəri Leyla Quiçi WUF13 çərçivəsində keçirilən assambleyaların bağlanış sessiyasında çıxış edib.
O, bildirib ki, forum çərçivəsində bütün panellərdə rəqəmsal texnologiyaların müzakirəyə çıxarılması ümidverici hal olub. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar tikinti materiallarının hazırlanmasından enerji, su və tullantı idarəçiliyinə qədər bütün mərhələlərdə istifadə oluna bilər.
“Rəqəmsallaşma artıq buradadır”, – deyə o vurğulayıb.
Leyla Quiçi qeyd edib ki, əsas problem biznes modelinin olmaması deyil, onun yanlış büdcə çərçivəsində qiymətləndirilməsidir. Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti də vurğulanıb. O bildirib ki, özəl sektor əlçatan mənzil siyasətinin həyata keçirilməsində əsas hərəkətverici qüvvə kimi qəbul edilməli və qərarvermə prosesinə erkən mərhələdə daxil edilməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yeni Şəhər Gündəliyinin icrası üçün müəyyən edilən 20 illik müddət artıq yarı mərhələyə çatıb və 2036-cı ilə qədər

Ən son

GÜNDƏM

Azərbaycanda azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dayanıqlılıq, “ağıllı şəhər” konsepsiyası, yaşıl inkişaf

GÜNDƏM

Azərbaycanda azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dayanıqlılıq, “ağıllı şəhər” konsepsiyası, yaşıl inkişaf
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin