Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı yeni tərəfdaşlıq təqdim olunub

WUF13

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərlərin Gələcəyi” mövzusunda yeni strateji tərəfdaşlığın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirib.

Baki-baku.az xəbər verir ki, tərəfdaşlıq inklüziv, dayanıqlı, davamlı və rəqəmsal texnologiyalarla dəstəklənən urban inkişafın təşviqinə yönəlmiş çoxtərəfli platformanın yaradılmasını nəzərdə tutur.

Bildirilib ki, təşəbbüs Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Kolumbiya Universitetinin professoru və Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Ceffri Saks iştirak ediblər.

Anaklaudia Rossbax bildirib ki, UN-Habitat və Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb və tərəflər əməkdaşlığa başlayıblar. O, bu tərəfdaşlığın şəhərlərin gələcəyi ilə bağlı əməkdaşlıq və dialoq üçün mühüm təşəbbüs olduğunu qeyd edib. Vurğulayıb ki, dünya sürətlə urbanizasiyaya doğru irəliləyir və qarşıdakı iki onillikdə urbanizasiyanın səviyyəsinin 70 faizə çatacağı gözlənilir.

Kolumbiya Universitetinin professoru və Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Cefri Saks bildirib ki, şəhərlər hazırda iqlim dəyişiklikləri, təbii fəlakətlər, münaqişələr və yenidənqurma prosesləri kimi ciddi çağırışlarla üzləşirlər. Ceffri Saks qeyd edib ki, gələcəyin şəhərləri yaşıl, rəqəmsal, təhlükəsiz və insanların yaşaması üçün əlverişli olmalıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin