Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədayanıqlı şəhərlər” mövzusunda tədbir olub

WUF13

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimədayanıqlı şəhərlər” mövzusunda yan tədbir təşkil edilib.

Baki-baku.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna, yaşayış sahələrinə vurduğu zərərlərin azaldılmasında, həyat xilas edən elmi əsaslı qərarların qəbulunda çoxriskli erkən xəbərdarlıq sistemlərinin roluna həsr olunub.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev (videomesaj), Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dimitris Avramopulos çıxış ediblər.

Panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ətraf Mühit Proqramının, Finlandiya Meteorologiya İnstitutunun, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin və Türkiyə Dövlət Meteorologiya Xidmətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Baş katibi tərəfindən 2022-ci ildə “Hamı üçün erkən xəbərdarlıq” (EW4ALL) təşəbbüsü irəli sürülüb. Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Yaşıl İqlim Fondunun (GCF) dəstəyi ilə “Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatlarının və çoxriskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsini həyata keçirməyi planlaşdırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tərəfdaşlıq inklüziv, dayanıqlı, davamlı və rəqəmsal texnologiyalarla dəstəklənən urban inkişafın təşviqinə yönəlmiş çoxtərəfli platformanın

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin