Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13: “Bakı Ağ Şəhər” layihəsində ekoloji və nəqliyyat infrastrukturu yenilənəcək

“Bakı Ağ Şəhər”

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Ağ Şəhər” layihəsi ilə beynəlxalq mühəndislik və dizayn şirkəti “AtkinsRéalis” arasında əməkdaşlığa başlanılıb.

Baki-baku.az xəbər verir ki, əməkdaşlıq sazişini “AtkinsRéalis” şirkətinin qlobal direktoru Metyu Trayb və Azərbaycan İnkişaf Şirkətinin “Bakı Ağ Şəhər” layihəsinin direktoru Rüfət Cavadov imzalayıblar.

Saziş “Bakı Ağ Şəhər”in Şərq kvartalında yol, nəqliyyat və mühəndis kommunikasiya infrastrukturunun yaşıl və dayanıqlı şəhər prinsipləri əsasında inkişaf etdirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində qabaqcıl ekoloji standartların tətbiqi, nəqliyyat əlaqələrinin optimallaşdırılması, enerji, səmərəli mühəndis şəbəkələrinin qurulması, yaşıl zonaların genişləndirilməsi, həmçinin piyada və velosipedyönümlü küçə dizaynının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ictimai nəqliyyatın gücləndirilməsi və resursların səmərəli idarə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən saziş Azərbaycanın dayanıqlı inkişaf və iqlim gündəliyinə uyğun şəhər transformasiya istiqamətində atdığı addımlardan biri hesab olunur. Layihənin Bakının müasir şəhər simasının formalaşmasına mühüm töhfə verəcəyi bildirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu Baki-baku.az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən özbəkistan nümayəndəsi Nurali Oribov deyib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin