Nəşr edilmişdir 07/16/2025

Paylaşın

GÜNDƏM

“Vaqif Poeziya Günləri” Gəncədə davam edir

15 iyul tarixində “Vaqif Poeziya Günləri” öz poetik yolunu qədim Gəncə şəhərində davam etdirdi. Qazaxdan başlanan poeziya marafonu Gəncənin zəngin mədəni mühitində yeni nəfəs aldı və söz sevərləri bir araya gətirdi.

Baki-baku.az xəbər verir ki, günün ilk yarısında şəhərin ədəbiyyat həvəskarları üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olundu. Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan ruhuna toxunan sehrindən söz açdılar. İştirakçılar poeziyanın yalnız yazılı misralardan ibarət deyil, zaman və məkan arasında körpü salan mənəvi dəyər olduğunu bir daha hiss etdilər.

Günün ikinci yarısında isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı poeziya bayramına xüsusi rəng qatdı, musiqi və söz harmoniyasını bir araya gətirdi.

“Vaqif Poeziya Günləri” Gəncədə bir daha sübut etdi ki, poeziya insan ruhunun ən saf və dərin ifadəsidir. Tədbir Gəncənin mədəni həyatında poeziyanın tutduğu əhəmiyyətli yeri bir daha vurğuladı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub

Ən son

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq