Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

İdman

Belçikalı hakim dördüncü dəfə “Qarabağ”ın oyununu idarə edəcək

Erik Lambrexts, Qarabağ FK, Benfika

Belçikalı FIFA referisi Erik Lambrexts dördüncü dəfə “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

Baki-baku.az-ın məlumatına görə, 41 yaşlı hakim daha əvvəl Azərbaycan çempionunun üç matçını idarə edib.

Belçikalı ədalət təmsilçisi “köhlən atlar”ın 2021-ci ildə Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qolsuz bərabərə qaldığı UEFA Konfrans Liqası qarşılaşmasında iş başında olub. O, 2022-ci ildə komandanın Almaniyada “Frayburq”a uduzduğu (1:2) və 2023-cü ildə Norveçdə “Molde” ilə heç-heçə (2:2) etdiyi UEFA Avropa Liqası oyunlarına da təyinat alıb.

Lambrexts “Neftçi”nin 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya uduzduğu (0:1) görüşü də idarə edib.

Baş hakim 2021-ci ildə Azərbaycanın əsas millisinin səfərdə Serbiyaya məğlub olduğu (1:3), 2018-ci ildə U-19 yığmasının İsrailə yenildiyi (1:3) və bu komandanın həmin il Lixtenşteynə qalib gəldiyi (3:0) matçlarda da iş başında olub.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az ADSEA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm

Ən son

GÜNDƏM

Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa

GÜNDƏM

Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin