Nəşr edilmişdir 07/16/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Vəsiyyətində mühacirlərin bir bayraq altında toplaşmasını istədi – Bakı küçələrinin adlarını daşıyanlar

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Ceyhun bəy Hacıbəylidir.
Bəs biz, Ceyhun bəy Əbdülhüseyn bəy oğlu Hacıbəylinin kim olduğunu bilirikmi?
Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, diplomat, etnoqraf, redaktor, ictimai-siyasi xadim Ceyhun bəy Hacıbəyli 1891-ci il fevralın 15-də Şuşada anadan olub. İbtidai təhsilini Şuşada maarifçi Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində alıb, daha sonra isə təhsilini Bakıda real məktəbində davam etdirib. İlk mətbu hekayələrini “Proqres” qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində dərs deyir. 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulan “Leyli və Məcnun” operasında İbn Səlam və Nofəl rollarını oynayıb. Xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur, 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirir.
Ceyhun bəy Hacıbəyli AXC qurulana qədər “Kaspi”, “Baku”, “İrşad”, “Tərəqqi” və digər qəzetlərlə əməkdaşlıq edib, 1917-ci ildə “İttihad” qəzetinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyovun qardaşıdır.
Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C. Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919–1962) əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməyib.
Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir. Bu barədə sonradan “Mücahid” jurnalının 1963-cü il nömrəsində “Ceyhun bəyin vəsiyyəti” adlı irihəcmli məqalə dərc olunur.
Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub

Ən son

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq