Nəşr edilmişdir 04/21/2025

Paylaşın

GÜNDƏM

Vətəndaşlar ailə üzvləri haqqında arayışı artıq rəqəmsal formada da əldə edə biləcəklər

mygov

Ailə üzvləri haqqında məlumatları təsdiq edən arayışın əldə edilməsi prosesi artıq daha rahat və sürətli olub.

Baki-baku.az xəbər verir ki, Vətəndaşlar qeydiyyat şöbələrinə müraciət etməklə yanaşı, artıq bu arayışı “mygov” platforması vasitəsilə, tam rəqəmsal formada da əldə edə bilərlər.

“Ailə üzvləri haqqında arayış” xidmətinin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Bu yeni xidmət vətəndaşlara sənədi sürətli formada, vaxt və resurslarına qənaət edərək almağa imkan yaradır.

Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:

  • Vətəndaş “mygov” tətbiqinə daxil olaraq hesabına giriş edir.
  • “Xidmətlər” bölməsindən “Ailə üzvləri haqqında arayış” xidmətini seçir və “Yeni müraciət” düyməsinə klik edir.
  • Arayışın təqdim olunacağı yer seçilir: Ölkə və ya Səfirlik
  • Vətəndaş siyahıdan müvafiq ölkənin və ya səfirliyin adını seçir.
  • Mobil nömrə və elektron poçt ünvanı daxil edilir.
  • İstəyə bağlı olaraq qeydini daxil edir.
  • Daxil edilmiş məlumatları təsdiqləyir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir