Nəşr edilmişdir 11/30/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Uzunömürlülük və möhkəm sağlamlığın sirri – ev heyvanları

Bəziləri tənhalıqla mübarizə aparmaq üçün, bəziləri isə əhval-ruhiyyə üçün ev heyvanı saxlayır. Ev heyvanlarının uşaqların daha aktiv inkişafına kömək etdiyi və hətta bəzi xəstəliklərin müalicəsində iştirak edə biləcəyi barədə fikirlər var.
Baki-baku.az bu barədə İzvestiya.ru-ya istinadən xəbər verir.
Rusiyalı nevroloq Yekaterina Demyanovskaya bildirib ki, sevimli heyvanlar həqiqətən də sağlamlığa faydalıdır və ilk növbədə gündəlik stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
“Ağır bir gündən sonra evə gələn insan düşüncələrindən ayırlır, ev heyvanına qulluq etməyə başlayır, onunla danışır, oynayır, pişiyin mırıldamasına və ya tutuquşunun cikkiltisindən sevinir. Bu, psixikaya müsbət təsir göstərir və immuniteti zəiflədən və müxtəlif xəstəliklərə səbəb olan stress səviyyəsini azaldır. Statistikaya görə, ev heyvanı sahibləri ev heyvanı olmayan insanlara nisbətən tibbi yardıma daha az müraciət edirlər və orta hesabla 10 il daha çox yaşayırlar”, – deyə Demyanovskaya vurğulayıb.
Onun sözlərinə görə, pişiklərlə ünsiyyət miokard infarktı riskini azalda və hipertonik böhranın inkişafının qarşısını ala bilər. İngilis həkimlərinin araşdırmalarına görə, sevimli pişiklərini bir neçə dəqiqə sığallayan insanlarda arterial təzyiq normallaşıb. Hətta mırıldama səsinin immuniteti müsbət təsir etdiyi güman edilir.
“İtlə gündəlik gəzintilər və aktiv oyunlar da ürək-damar sisteminin işini yaxşılaşdırır. İtlər tez-tez ünsiyyətcil olurlar və sahibinə bağlılıqlarını parlaq şəkildə göstərirlər ki, bu da ünsiyyət çətinliyi olan və ya özünəinam problemi olan insanlar üçün çox faydalıdır. İtlər tez-tez müəyyən funksiyalarını itirmiş insanlara kömək etmək üçün istifadə olunur: hamı bələdçi itlər haqqında bilir, lakin itlər həm də hərəkət məhdudiyyəti olan və yaşlı insanlara (məsələn, qocalar evində) kömək üçün ‘işə götürülür’. İtlər müstəqillik hissi verir, tənhalığı aradan qaldırmağa kömək edir. Autizmli uşaqlar itlərlə bir neçə aylıq müntəzəm təmasdan sonra daha ünsiyyətcil olurlar”, – deyə həkim əlavə edib.
Demyanovskaya qeyd edib ki, ev quşlarının oxuması və ya tutuquşularının quruldaması gərginliyi azaldır və sakitləşdirir. Nevrozdan əziyyət çəkən insanlar üçün balıqlara və tənbəl sürünənlərə (tısbağalar, iquanalar) baxmaq faydalıdır – bu, stresli vəziyyətlərdən sonra ruhi tarazlığı bərpa edir. Gəmiriciləri – dələləri və siçanları əllərdə tutmaq da psixika üçün faydalıdır. Əllərdə canlı zərif bədənin hissiyyatının özü kiçik əzələləri boşaldır ki, bu da aqressiya və narahatlığın azalmasına kömək edir.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dənizkənarı Milli Parkın ərazisində dənizdə batan şəxs xilas edilib.Baki-Baku.az bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata istinadən

Ən son

DİGƏR XƏBƏRLƏR

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

ƏSAS XƏBƏRLƏR

Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun

DİGƏR XƏBƏRLƏR

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.Baki-baku.az Bakı