Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/21/2025

Paylaşın

GÜNDƏM

Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Şah İsmayıl” operası nümayiş olunub

IMG-20250921-WA0057

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın ilk peşəkar opera dirijoru, görkəmli bəstəkar Müslüm Maqomayevin (1885-1937) 140 illiyi münasibətilə onun “Şah İsmayıl” operası nümayiş etdirilib.

Baki-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırladığı tamaşa Dövlət Akademik Musiqili Teatrında nümayiş olunub.

Üçpərdəli səhnə əsərində Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Fəridə Məmmədova (Gülzar), Tural Ağasıyev (İbn Tahir), Əliahməd İbrahimov (Əbu Həmzə), eləcə də Taleh Yahyayev (Aslan şah), Aytən Məhərrəmova (Ərəbzəngi), Fəhmin Əhmədli (Vəzir), Nəzər Bəylərov (Rəmmal), Mütəllim Dəmirov (Çapqınçı), Mirəli Sarızadə (Züvvar) və Nazim Mahmudov (Qoca Ərəb) çıxış ediblər.
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xor rəhbəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyatzadə, quruluşçu rəssamı Əməkdar rəssam Ənvər Almaszadə, baletmeysteri isə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadədir.

Müslüm Maqomayevin bu ölməz əsəri tamaşaçılar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən gün (sentyabrın 20-də) Xəzər hövzəsinin ən böyük və müasir gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunun (Baku Shipyard)

Ən son

Спорт

Baki-baku.az представляет их
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin