Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Uşaqlarda daha çox rast gəlinən rotavirus nədir?

Rotavirus

Rotavirus bağırsaq iltihabına yol açan, əsasən uşaqlarda rast gəlinən bir virusdur. Virus fekal-oral yolla (ağız-nəcis) yoluxur. Xəstəliyə adətən yay və qış aylarında daha çox rast gəlinir.
Baki-baku.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 25 nömrəli Şəhər Poliklinikasının həkim-qastroenteroloqu Şahnaz Atayevanın sözlərinə görə, xəstəlik 2-3 günlük prodromal dövr sonrası qusma, temperaturun yüksəlməsi və ishal ilə başlayır:
“Bundan əlavə, qarında sancı, halsızlıq, su itkisinə bağlı olaraq gözlərdə çökmə, dəridə quruluq, sidiyə az çıxma, təngnəfəslik kimi ciddi şikayətlər də görülə bilər. Xəstəlik 3-9 gün davam edir. Rotavirus nəcisdə antigen pozitivliyi ilə təsdiq olunur”.
Xəstəliyin müalicəsinə gəldikdə isə mütəxəssis onu da qeyd edib ki, rotavirusun xüsusi dərmanı olmadığından antibiotik verməyə gərək yoxdur:
“İshalı durdurmaq üçün dərman qəbul edilməməlidir. Xəstəliyin müalicəsində əsas prinsip qusmağı dayandırmaq və maye itkisini bərpa etməkdir. Əgər ağızdan maye almaq mümkün deyilsə, damar yolu ilə dehidratasiya bərpa olunmalıdır.
Rotavirusdan qorunmaq və xəstəliyi daha yüngül keçirmək üçün peyvənd məsləhətdir. Peyvəndin ilk dozu körpə 14 həftəlik olmadan, ikinci dozu isə 24 həftəlik olmadan ağızdan damla şəklində verilir”.
Bundan əlavə, bağçada uşaqlar əllərini tez-tez yumalı, oyuncaqlar təmiz saxlanılmalı, sanitar-gigiyena qaydalarına riayət olunmalıdır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mirzə Davud Hüseynov – XX əsr Azərbaycan tarixində silinməz iz buraxmış nadir şəxsiyyətlərdəndir.

Ən son

HƏR ŞEYDƏN

Yustinian artıq 4 il yarım idi hakimiyyətdə idi və bütün gücünü öz şəxsi yerini qorumğa

HƏR ŞEYDƏN

Yustinian artıq 4 il yarım idi hakimiyyətdə idi və bütün gücünü öz şəxsi yerini qorumğa