Unudulmuş şərq eliksiri necə restoran menyularını canlandıra bilər…
Dəbli restoranlar qazlı içkilər və fabrik istehsalı siroplarla hazırlanmış ev limonadları ilə təcrübələr apararkən, əsl qastronomik xəzinə kölgədə qalır.
Baki-baku.az xəbər verir ki, bu gün restoranlar populyar içkilərə üstünlük verərkən, təbii inqrediyentlərdən hazırlanan şərbət haqsız yerə unudulub. Lakin ola bilsin ki, onun “ulduz saatı” artıq yaxınlaşır.
Şərbət sadəcə içki deyil, Azərbaycanın mədəniyyət kodunun maye halıdır. Onu xan saraylarında və gur bazarlarda içiblər, qonaqlara təqdim ediblər, hətta müalicə məqsədilə istifadə ediblər. Bu gün isə şərbət restoran menyularında seçilmək və fərqlənmək üçün güclü qastronomik alətə çevrilə bilər.
Bəs niyə məhz şərbət yenidən diqqət mərkəzinə qayıtmağa layiqdir?
Şərbət ən sadə, əlçatan inqrediyentlərdən hazırlanır – reyhan, limon, estragon (tarxun), bir az şəkər və ya təbii şirinləşdirici. Heç bir qaz, heç bir əlavə, heç bir kimyəvi qatqı yoxdur.
Avtentiqliyə görə ödənilir
Qonaq təəssürat, emosiya, atmosfer axtarır. Reyhandan hazırlanan ətirli, tünd bənövşəyi şərbət və ya günəş rəngli limon-şaftalı eliksiri – bu artıq bir qastronomik səyahətdir. Turistlər isə yerli koloritə xüsusi dəyər verirlər. Şərbət hər qurtumunda Azərbaycan deməkdir.
Yüksək gəlirlilik
Maya dəyəri, demək olar ki, yoxdur, təsiri isə maksimaldır. Gül ləçəkləri və ya buz kristalları ilə bəzədilmiş şərbət – bu artıq “Instagram” ulduzudur.
Yaradıcılıq üçün geniş meydan
Mövsümi dadlar? Əlbəttə mümkündür. Qışda nanəli nar şərbəti, yayda darçınlı albalı şərbəti – fantaziya sonsuzdur. Və bütün bunlar milli kulinariya ənənəsini pozmadan baş verir.
Sağlam həyat tərzi seçimi
Steviya kimi təbii şirinləşdiricilər şərbəti şəkərdən uzaq duran və kaloriləri sayan insanlar üçün ideal edir. Sağlam, dadlı və dəbli.
Zəngin dad çeşidləri
Reyhan — reyhanlı içkilərin kralıdır: təravətləndirici, bir az ədviyyatlı, nəcib rəngi ilə.
Tarxun — canlandırıcı, bitki notları ilə, yüngül şirinliklə.
Limon-şaftalı — Şərqin turşuluğu və ədviyyatlı dadı bir yerdə.
Baki-baku.az portalı sizə limon-şaftalı şərbətinin reseptini təqdim edir – bu, vaxtilə də, bu gün də Bakı süfrələrinin bəzəyi olub:
Hazırlamaq üçün 1 litr su, 1 limon, bir çimdik zəfəran, şəkər, istəyə görə şüyüd toxumu götürülür. Limonun qabığı rəndələnib xırda doğranır, üzərinə isti su əlavə olunur, içinə keşniş və ya reyhan toxumu atılır. Qarışım 3-4 saat dəmlənməyə qoyulur. Daha sonra süzülür, dəmlənmiş zəfəran əlavə olunur və buz parçaları ilə servis edilir.

Nəticə çıxarırıq:
Azərbaycan şərbəti qastronomik bir brilliantdır ki, çox tezliklə yenidən parlayacaq. Bəziləri fabrik siroplarından “limonadlar” hazırlamaqla məşğul olduğu halda, digərləri sadəcə bir stəkana uşaqlıq dadını, ənənənin ətrini və yenilikçi yanaşmanın təravətini tökməklə irəli çıxa bilərlər.
Şərbət — nostalji deyil. Bu bir trenddir. Və bu trend buradan başlayır.
Hacı Cavadov