Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2025

Paylaşın

GÜNDƏM

Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib

"Bakının baharı", Heydər Əliyev, Ulu Öndər

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib.
Baki-baku.az xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yenicə istifadəyə verilən istirahət parkında açıq havada paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.
Qeyd edilib ki, son illərdə ölkə başçısı İlham Əliyevin ölkəmizin və o cümlədən paytaxt Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib.
Konsertdə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.
Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olub, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb. Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi

Ən son

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin