Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2026

Paylaşın

GÜNDƏM

“Zığ” Gəmi Təmiri Zavodunda “Culfa” tankeri əsaslı təmir edilib

"Culfa" tankeri, “Zığ” Gəmi Təmiri Zavodu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankerinin əsaslı təmiri başa çatıb.

Baki-baku.az ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.

Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı da təmir olunub. Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.

Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Culfa” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metr, dedveyti 13 470 tondur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarış üçün bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub.

Ən son

GÜNDƏM

Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub.

GÜNDƏM

Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin