Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

TARİXİMİZ

Tur dağının əfsanəsi, Musanın əsası, Fironun dəryadakı son nəfəsi

Tur dağının əfsanəsi, Tur dağı, Musa Peyğəmbər

Tanrı bir qulunu bəladan qoyumaq, zalımın zülmündən qurtarmaq istəsə onu Əyyub peyğəmbər kimi dərd-bəlanın əlindən alar. Yusif peyğəmbər kimi quyunun dibindən çıxarır. Yunus peyğəmbər kimi balığın bətnində qoruyar. Nuh peyğımbər kimi tufandan xilas edər. İbrahim peyğəmbər kimi Nəmrudun atəşində nur çeşməsində suya çəkər. Musa peyğəmbər kimi yolunda quru səhranı, qırgəzləri, dənizi ikiyə bölər.

Musa peyğəmbər “Tanrını göstər ona biət edək” deyən, qövmünün qınağından xilas olmaq üçün peyğəmbər Tur dağının ətəyinə gəlir. “Ey uca yaradan qövmüm Sizi görmədikləri üçün mənə tənə edir, daşa basırlar” –deyir. Tanrıdan nida gəlir: “Musa onları götür, olduğun yerə gətir”.

Qövm Tur dağının ətəyində cəm olanda Tur dağı beşik kimi yırğalanır, sərt qayalar ovulub parçalanır. Vahiməyə düşən şəhər əhlini görən Ulu Tanrı üzünü Elçisinə tutub buyurur: “Ya Musa, qövmünə de ki, mənim Tanrım hələ ətəyinin ucunu göstərdi. Üzünü göstərsə dünya qopar!”

Musa peyğəmbərin biət etdiyi Tanrıya deyil, bütlərə tapınan Firon, onun “İlana dönən Əsasının möcüzəsini”, bir anın içərisində dünyanı toz-dumana qatan Tur dağındakı hikmətini yaşasa da, zülmündən qalmır, onu haqqı tanıyan qövmü birlikdə qılıncdan keçirməyi qərara alır.

Hədisi-şəriflərdə belə rəvayət edirlər ki, zülmət gecələrin birində hücuma məruz qalan Musa peyğəmbəri və qövmünü Fironun zülmündən qurtarmaq istəyən Tanrının nidası ilə şahə qalxan dalğalar, ucu-bucağı bilinməyən dəniz ikiyə bölünür.

Tanrının elçisi və qövmü quru torpaqlara qədəm qoyan kimi dəniz birləşir. Arxadan gələn Firon isə qüdrətli sandığı ordusu ilə özünü dənizə vurur.  Bir anın içərisində sulara qərq olur. Tanrıdan ikinci bir nida gəlir. Dalğalar dəryadan göylərə qalxır. Özündən güclü varlıq tanımayan, qüdrətli ordusu ilə qürrələnən Firon dərin dəryanın, ucu-bucağı bəlli olmayan dənizin dibinə düşür. Əcəl alır, torpaq deyil, dərya gizləyir.

Deyirlər, özünü Tanrıya şərik bilən, daha doğrusu Tanrıdan ucalarda görən Firon dalğaların qoynunda çabalayıb çırpındıqca deyirmiş: “İnandım! İsrail oğullarının tanrısından başqa İlahi yoxdur. Mən də onlardanam!”

Tur dağı, Musa Peyğəmbər

Həmin an Cəbrayıl əleyhissəlam həyəcana gəlir. “Əgər Firon Tanrısına yalvarırsa, yaxud da tövbəsi qəbul edilərsə nə olacaq?” Bununla yanaşı, Tanrının mələyi tərəddüd etmədən onun haqqa asi çıxan ağzını çamurla doldurur. Bundan sonra özünü yerin, göyün Tanrısı hesab edən Firon bircə kəlmə belə dilə gətirə bilmir…

Həmin məqamda, Fironun tanımaq istəmədiyi Tanrıdan nida gəldi. “İndimi tanıdın? Üsyan edən, asi çıxan, Musa əleyhissəlamı atəşlə təhdid edən sən deyildinmi?

Son nəfəsindəki imanı, imansız Fironu Əzrail əleyhissəlamın əlində ala bilmir. Yerin, Göyün sahibindən ikinci bir nida gəlir: “Ruh bədəndən qopandan sonra  tövbə qəbul edilməz! Edilərsə, haqqın tərəzisi əyilər, insanlıq yolunu çaşar”. Baxmayaraq ki, Ulu Tanrı bir dəfə onun sidq ürəklə etdiyi duasını qəbul etmiş, dəryanı tərsinə axıtmışdı. Deyirlər, günlərin bir günü Firon Musa peyğəmbərlə şəhər əhlinin önündə mərcə girir. İradəsi ilə Nil çayını tərsinə axıda biləcəyini deyir. Musa peyğəmbər, “Tanrı Nil çayını Misirə can versin deyə yaradıb. Onu kimsə öz iradəsinə tabe edə bilməz. Gücün yetirsə, möcüzəni göstər” – deyir. Firon ondan bir gecə vaxt istəyir. Həmin gecə Tanrıya dua edən, özü də dayanmadan, dan yeri sökülənə qədər haqqa tanınan Firon şəhər əhli ilə birlikdə Nil çayının sahilinə gəlir. Musa peyğəmbərin gözünün qabağında Nil çayı əks istiqamətə axmağa başlayır. Bu işdə bir hikmət olduğunu düşünən Musa peyğəmbər Tanrı ilə ünsiyyətə keçir. “Ulu Tanrı, bu durumun batinində nə var?” deyə, sual edir. Tanrıdan nida gəlir: “Ya Musa, sən ötən gecə yuxuya dalıb, uyuduğun an, Firon gecə səhərə qədər ibadət etdi. Yardım istədi. Mən təkcə sənin deyil, hər kəsin Tanrısıyam. Dua edən, əl açan kim olursa olsun, əvəz gözləmədən onun mətləbini verərəm”.

Ulu Tanrı Fironu sulara qərq etməklə, Musa peyğəmbərə və qövmünə dəryanı yarıb yol verməklə yer üzünün ipinin göy üzündəki Sultanın əlində olduğunu bir daha sübut etdi. Sübut etdi ki, insan oğlu Əbədi Bağından, ilahi eşqindən qopanda, haqqa asi çıxanda dəryada qərq olar…

Nuhu Tufandan, Yusifi quyudan çıxaran, İbrahimi oddan, atəşdənxilas edən, Musaya peyğəmbərim deyib Fironun əlindən alan, “Adəmdən – Xatəmə” yol gələn, dünyamızı 124 min elçi – peyğəmbərlə dünyamızı şərəfləndirən Tanrı kamili cahildən, yaxşını pisdən, xeyiri şərdən, məhəbbəti nifrətdən ayırmaq üçün imanı ibadətin əsası bildi. Ona biət edənləri zalımın zülmündən xilas etdi. Dəryanı körpüyə, səhranı nur çeşməsinə, dərgahı mələklərin bəstəsinə, nəğməsinə çevirdi. Əşrəfi dediyi insanı qorumaq, yaşatmaq, düz, doğru olan yolda beşikdən qəbr evinəcən yürütmək üçün səma kitablarını mələklərin qanadında yer üzünə endirdi. Elçilərlə, peyğəmbərlərlə şərəfləndirdi. Hikmətinin əzəmətini, möcüzələrinin qüdrətini də, onların iman imtahanı ilə dünyaya nümayiş etdirdi.

Musa peyğəmbərin ilana dönüb sürünən, Fironu heyrətləndirən əsası da, qövmün gözündən zülmətin pərdəsini qaldıran Tur dağı da, Onun eşqinə yarılan, Fironun ölüm mələyinə dönən dərya da, bu üzdən hədisi-şəriflərə, rəvayətlərə, əfsanə və nağıllara döndü.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Кажется, что любовь к книгам — это милое и бескорыстное стремление погрузиться в мир слов и историй

Ən son

GÜNDƏM

Azərbaycanda sentyabrın 10-da havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda sentyabrın 10-da havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin